Fayl sisteminin idarə edilməsi. Kompüterin işi, müəyyən mənada, qurğular arasında
fayl mübadiləsindən ibarətdir. Buna görə də əməliyyat sistemində fayl sistemini idarə edən
proqram modulları vardır.
Əmr prosessoru. ƏS-in vacib tərkib hissəsi olan əmr prosessoru istifadəçi əmrini icra
etmək üçün nəzərdə tutrulmuş xüsusi proqramdır. İstifadəçi icraya hazır proqramı işə
buraxmaq, fayl üzərində hər hansı əməliyyat
129
aparmaq, sənədi çapa çıxarmaq və s.
barədə əmr prosessoruna əmr verə bilər. ƏS həmin əmri icra etməlidir.