İsa Musayev, Mətləb Əlizadə


Qlobal kompüter şəbəkələri



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə203/266
tarix13.05.2022
ölçüsü1,71 Mb.
#115877
növüDərs
1   ...   199   200   201   202   203   204   205   206   ...   266
sa Musayev, M tl b lizad

 
7.4. Qlobal kompüter şəbəkələri 
7.4.1. Qlobal kompüter şəbəkəsi – İnternet 
 
İnternet  müxtəlif  lokal  və  qlobal  şəbəkələr  birləşməsindən  yaranmış  Ümumdünya 
kompüter şəbəkəsidir. İnternetin xarakterik xüsusiyyəti odur ki, şəbəkələrarası informasiya 
mübadiləsi  TCP/IP  protokolları  üzrə  həyata  keçirilir.  Bu  protokollar  hətta  etibarlılığı 
yüksək olmayan xətlərdə də etibarlı ötürməni təmin edə bilir. IP-ünvanları sistemi İnternet 
vasitəsilə lokal şəbəkələrdəki hər bir kompüter resurslarını birmənalı şəkildə təyin edir. 
Sosial  baxımdan,  İnternet  -  özünəməxsus  düşüncə  tərzi,  dili  və  əxlaqı  ilə  seçilən 
informasiya mədəniyyəti törədən informasiya fəzasıdır.  
İnternetin özəyini ölkə və kontinentləri birləşdirən super sürətli transkontinental optik 
rabitə xətləri təşkil edir. Bu xətlərə konkret coğrafi regionlara xidmət edən nisbətən aşağı 
sürətli, az güclü xətlər birləşdirilir. Bunlara isə nisbətən daha zəif ötürmə qabiliyyəti olan 
lokal şəbəkələr qoşulur.  
İnternetdə  bütün  şəbəkəni  idarə  edən  vahid  mərkəz  yoxdur.  İnternet texnologiyanın 
köməyi ilə fəaliyyət göstərir və idarə edilir. 
İnternetdən əvvəl ABŞ Müdafiə Nazirliyinin sifarişi ilə ARPANET şəbəkəsi yaradıl-
mışdı.  Sonra  bir-neçə  universitet  arasında  şəbəkə  yaradıldı.  Bu  şəbəkələrin  əsasında 
İnternet quruldu.  
Bu şəbəkələr aşağıdakı prinsiplərə əsaslanır: 
 
İnformasiya kiçik porsiyalarla (paketlərlə) ötürülməlidir; 
  Paketin qəbul edildiyi və səhvsiz olduğu ünvan tərəfindən təsdiq edilməlidir
 
Lazım gəldikdə paketin ötürülməsi təkrar edilməlidir; 


 
175 
  Paketin  hərəkət  marşrutu  ötürmə  zamanı  müəyyən  edilməli  və  hətta  bir  xəbər 
daxilindəki paketlər də müxtəlif marşrutlarla ötürülə bilməlidir
 
Qəbul edilmiş paketlər ünvanda birləşdirilməklə xəbər bərpa edilməlidir. 
Kommunikasiya  protokolu  olan  İP  şəbəkə  səviyyəsinin  protokolu  olub,  İnternet 
şəbəkəsi ilə ötürülən paketin formatını təsvir edir. 
Nəqliyyat  protokolu olan  TCP  informasiyanın ötürülməsinə  və  bütövlüyünə nəzarət 
edir.  Yəni,  İnternetdə  kompüterlər  arasındakı  informasiya  mübadiləsi  İP  protokolu  ilə 
ötürülən paketlərin TCP protokolu ilə nəzarətdə saxlanmasına əsaslanır.  
İnternet  daxilində  hər  bir  şəbəkə  özünəməxsus  rabitə  texnologiyasına  əsaslanaraq 
spesifik  tələblərə  uyğun  fəaliyyət  göstərir.  Lakin  bütün  şəbəkələr  informasiya  paketlərini 
qəbul edib lazımi ünvana ötürə bilir.  
İlk  vaxtlar  İnternet  yalnız  elmi  informasiya  mübadiləsini  həyata  keçirdiyindən, 
kommersiya  xarakteri  daşımırdı.    Son  illərdə  İnternetin  kommersiya  tərəfi  daha  böyük 
əhəmiyyət daşımağa başlamışdır. 
Kompaniya və korporasiyaların korporativ informasiya və kommunikasiya resursları 
əsasında İnternetin İntranet texnologiyası yaranmışdır. 
Lokal  və  korporativ  şəbəkələrin  İnternetə  qoşulması  üçün  müxtəlif  mürəkkəbliyə 
malik məsələlər həll edilməlidir. Belə ki: 
  Şəbəkələr TCP/IP protokolları üzrə təşkil edilməlidir; 
 
İnternet ünvanları və adları şəbəkənin bütün daxili istifadəçiləri üçün alınmalıdır; 
 
Lokal və ya korporativ şəbəkələr İnternetə fiziki qoşulmalıdır; 
 
İnternetə qoşulmuş şəbəkədə informasiya ötürülməsinin marşrutu təyin edilməli və 
marşrutlaşdırma idarə edilməlidir
 
Şəbəkə daxilində və şəbəkədən kənar ünvanlar arasında elektron poçtla informasiya 
mübadiləsi reallaşdırılmalıdır; 
 
İnternet  bazasında  İntranet  texnologiyasına  maneəsiz  informasiya  xidmədi  təşkil 
edilməlidir; 
 
İnternetə qoşulmuş şəbəkənin təhlükəsizlik problemi həll edilməlidir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin