İsa Musayev, Mətləb Əlizadə


Bölmə 8. İnformasiya sistemləri və texnologiyaları



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə207/266
tarix13.05.2022
ölçüsü1,71 Mb.
#115877
növüDərs
1   ...   203   204   205   206   207   208   209   210   ...   266
sa Musayev, M tl b lizad

 
Bölmə 8. İnformasiya sistemləri və texnologiyaları 
8.1. İnformasiya emalının müasir üsulları 
Müxtəlif  təbiətli  sistemlərdə  informasiyanın  emalı  qanunlarının  ümumiliyi 
informasiya  prosesləri  nəzəriyyəsinin  fundamental  təməlini  təşkil  edir.  Bu  nəzəriyyənin 
öyrənmə  obyekti  informasiyadır.  İnformasiya  anlayışı  istifadə  edildiyi  konkret  bilik 
sahəsindən  bir  qədər  kənarda  olan  mücərrəd  anlayışdır.  İnformasiya  resursları  müasir 
cəmiyyətdə  maddi  resurslardan  önə  çıxmaqdadır.  Belə  ki,  malı  kimə,  nə  vaxt  və  harada 
satmaq  barədə  bilik  malın  özündən  qiymətlidir.  Bununla  əlaqədar  olaraq  informasiya 
emalı  üsulları  diqqət  mərkəzinə  çəkilir.  Hər  gün  yeni,  daha  mükəmməl  kompüterlər, 
münasib  proqramlar,  informasiyanın  saxlanması,  ötürülməsi  və  mühafizəsi  üzrə  müasir 
üsullar meydana çıxır. 


 
179 
Bazar  mövqeyindən,  informasiya  çoxdan  əmtəədir.  Bu  vəziyyət  cəmiyyətin 
kompüterləşdirilməsi  nəzəriyyəsini,  praktikasnı  və  sənayesini  inkişaf  etdirmək  üçün  əın 
güclü stimuldur. 
Kompüter,  informasiya  mühiti  olaraq,  nəinki  təkcə  sənayenin,  elmin  və  bazarın 
təşkilində ciddi keyfiyyət sıçrayışı etmiş, həm də olduqca qiymətli istehsal sahələrinin, o 
cümlədən, hesablayıcı texnika, telekommunikasiya və proqram məhsulları istehsalının ön 
plana çıxmasını şərtləndirmişdir. 
Cəmiyyətin  kompüterləşdirilməsi  meylləri  hesablayıcı  texnika  və  digər  müxtəlif 
kateqoriyalı EHM istifadəçiləri şəklində meydana çıxan peşələrin yaranması ilə bağlıdır.  
Əgər 60-70-ci illərdə elektronika mühəndisləri və proqramçılar kimi yeni hesablayıcı 
texnika  və  yeni  təbiqi  proqram  paketləri  yaradan  mütəxəssislər  üstünlük  təşkil  edirdisə, 
indi  hər  biri  öz  spesifik  məsələsini  həll  edən  peşəkar  olmayan  müxtəlif  peşə  sahibləri 
EHM istifadəçiləridir. İndi istifadəçi yalnız kompüter mühitində informasiya proseslərinin 
təşkilinin ümumi prinsiplərini bilməli, özünə lazım olan informasiya sistemini və texniki 
vasitələri seçməyi və həmin texnikanı öz predmet oblastında tətbiq etməyi bacarmalıdır. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin