Sistem lüğətləri. Təbii dilin emalı ilə məşğul olan mətni axtarış sistemlərində həm
ümumdil leksikası, həm də predmet oblastı leksikası üzrə lüğətlərdən istifadə edilir. Bu
lüğətlər mətnin morfoloji təhlilinə və axtarış zamanı müxtəlif qrammatik formalardakı
sözləri tanımağa imkan verir.
Tezauruslar. Mətn sənədlərinin formal təqdimatında tezaurus adlanan xüsusi
lüğətlər mühüm rol oynayır. Tezaurus – dilin əsas anlayışları lüğətidir. Tezaurus həm də
sorğunu genişləndirmək üçündür.
Ontoloji materiallar. Təbii dildə təqdim edilmiş mətn sənədlərinin və axtarış
sorğularının adekvat dərki (interpretasiyası) üçün sistem predmet oblastının əsas
anlayışlarını və onların arasındakı müxtəlif semantik əlaqələri təyin edən vasitə olmalıdır
ki, buna da ontoloji materiallar deyilir. Buraya predmet oblastının tezaurusu, birinci
dərəcəli məntiq dilləri və s. aiddir.