İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə243/266
tarix13.05.2022
ölçüsü1,71 Mb.
#115877
növüDərs
1   ...   239   240   241   242   243   244   245   246   ...   266
sa Musayev, M tl b lizad

WWW  servisi.  Bu,  qlobal  şəbəkənin  müxtəlif  düyünlərində  yerləşən  paylanmış 
hiper-mediya informasiya resurslarına naviqasiya (axtarış) müraciəti təmin edən İnternet 
servisidir. Bu servisdə paylanmış informasiya resursları istifadəçilər üçün şəffafdır. 
Elektron  poçt.  Bu,  İnternet  servislərinin  ən  populyarıdır.  Elektron  poçtun  funksi-
yası  bir  istifadəçinin  ötürdüyü  xəbəri  başqa  istifadəçiyə  (istifadəçilərə)  çatdırmaqdan 
ibarətdir.  Bu  servisin  hər  bir  istifadəçisi  özünün  elektron  ünvanına  malikdir.  Bu  ünvan 
onu  İnternet  mühitində  fərdi  şəkildə  təyin  etməyə  imkan  verir.  İstifadəçinin  elektron 
ünvanı  ona  xidmət  göstərən  poçt  serverindəki    İnternet  düyününün  domen  adından  və 
həmin serverdə təkrarı olmayan istifadəçi identifikatorundan ibarətdir.  
Məsələn, vizit kartındakı  e-mail: student@econ.adiu.az  yazısı kart sahibinin elek-
tron ünvanıdır. Burada: student – elektron poçt serverində onun istifadəçi identifikatoru, 
econ.adiu.az-  xidmətedici  düyünün  domen  adı,  @-  ayırıcı  simvoldur.  İstifadəçiyə  gələn 
xəbər  poçt  serveri  tərəfindən  onun  poçt  qutusuna  yerləşdirilir.  Müştəri  proqram 
təminatının köməyi  ilə istifadəçi öz poçt qutusuna baxa bilir, oradakı  faylları silə bilir, 
oraya fayl daxil edə bilir və s. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin