Universal resurs lokatoru (URL). Bu, Veb-də informasiya resurslarının unikal
(təkrarsız) identifikasiyası (ünvanlaşdırılması) üçün istifadə edilir.
URL: Veb-saytın ev səhifəsini (əyani və ya gizli şəkildə); şəbəkədə HTML-
səhifəsini daşıyan faylın adını və yerini; HTML-səhifəsində hiperiqtibasın lövbər nöqtəsini (səhifə fraqmentinin başlanğıc nöqtəsini); İnternet düyünlərində saxlanan,
HTML–səhifələrində iqtibasları olan və veb-brauzer vasitəsilə müraciət olunan müxtəlif
formatlı faylları ünvanlaşdırmağa imkan verir.