213
Son illərdə mövcud olan veb-texnologiyalarının məlum qüsurlarını aradan
qaldırmaq istiqamətində gərgin iş aparılır. Bu işlər göstərir ki, Veb-in baza elementləri
olan hipermətn nişanlama dili
HTML-də, universal resurs lokatoru
URL-də və hipermətn
resurslarının ötürülməsi protokolu
HTTP-də köklü dəyişikliklər etməyə kəskin ehtiyac
vardır.
Yeni veb texnologiyaları 1998-ci ildə qəbul edilmiş standarta əsaslanır. Bu standarta
əsasən
HTML nişanlama dilinin imkanlarını genişləndirən
XML (
Extensible Markup
Language) nişanlama dilindən istifadəyə keçid nəzərdə tutulur. Mövcud texnologiyada
qapalı
HTML-ə həvalə edilmiş funksiyalar sözügedən standarta əsaslanan yeni nəsil Veb-
də modul prinsipində qurularaq açıq modul vasitəsilə icra ediləcəkdir.
HTML-dən fərqli
olaraq
XML dili
XML-sənədinin məzmununu da nişanlamağa imkan verir. Beləliklə, yeni
veb texnologiyaları
XML platformasına əsaslanacaqdır.
XML platformasının standartla-
rında informasiya resurslarının identifikasiyası
URL mexanizmindən prinsipial surətdə
fərqlənən
URİ (
Universal Resource İdentifier) mexanizminə keçid nəzərdə tutulur ki, bu
da resursları təkcə yerləşdiyi yer üzrə deyil, həm də bəzi mücərrəd adlar üzrə də
iqtibaslaşdırmağa imkan verir. Bu məqsədlə yeni,
XML protokolları işlənib hazırlanır.
XML-səhifəsində metaverilən də nəzərdə tutulur.
Yeni veb texnologiyaları platformasının əsas prinsipial qoyuluşu mövcud platforma
ilə uyuşanlığı da nəzərdə tutur. Yəni, yeni texnologiyada
HTML dilində təqdim edilən
resurslarla da manesiz işləmək mümkün olacaqdır.
XML platformasının bir sıra
standartları artıq geniş tətbiq edilməkdədir. Məsələn, XML dili elektron biznesdə tətbiq
edilir.
XML ilə VB dili olan
SQL arasında əlaqələrin yaradılması üzərində gərgin iş
gedir. Bu, VB texnologiyalarının da
XML platformasına keçirilməsi ilə nəticələnəcəkdir.
Yəni
XML-ə yönəldilmiş VBİS yaradılması qaçılmazdır.
XML platforması həm də Veb-in elmtutumluluğunu və texnoloji mükəmməlliyini
təmin etmək üçün təməl təşkil edir. Bu,
semantik Veb yaradılması deməkdir. Bu isə
yalnız sintaksis mahiyyətli olan
XML-sənədinə də yenidən baxılmasını tələb edəcəkdir.
Dostları ilə paylaş: