47
Sabit yaddaş (
ROM) kompüteri hazır vəziyyətə gətirmək üçündür. Burada işə
başlama proqramları, o cümlədən, əməliyyat sistemini (ƏS) yükləyən proqramlar, giriş-
çıxış baza sistemi
(BİOS- Base İnput Output System) və diaqnostika proqramları saxlanır.
Sabit yaddaşın məzmunu dəyişməzdir
93
.
Fərdi kompüterdə operativ yaddaş ana plataya əlahiddə qurğu kimi qoşulur.
Operativ yaddaş triggerlər sırasından ibarətdir. Trigger yalnız 2 vəziyyətdə (0 və 1) ola
bilən elektron qurğudur. Sabit yaddaşda isə 1 və 0-lar inteqral sxemlər şəklində hazır-
lanmışdır. Buna görə də cərəyan kəsiləndə operativ yaddaşın məzmunu pozulur, sabit
yaddaşınkı pozulmur. Yaddaşla prosessor arasındakı informasiya mübadiləsinin sürəti
yaddaşın sürətini müəyyən edir. Prosessor hesablama nəticələrini registrə, oradan da
operativ yaddaşa ötürür. Operativ yaddaşdakı informasiya da əvvəlcə registrə, sonra
prosessora ötürülür.
Xarici yaddaş praktiki olaraq hüdudsuz həcmə malik nisbətən ucuz yaddaşdır. Ope-
rativ yaddaşın sürətini artırmaq üçün keş-yaddaşdan istifadə edilir. Keş-yaddaş
prosessorla operativ yaddaş arasında yerləşir.
Dostları ilə paylaş: