3.9.2 Xarici yaddaş qurğuları. Bunlar informasiyanı uzun müddət saxlamaq
üçündür. Hal-hazırda maqnit və lazer mahiyyətli disklər vardır. Diskə informasiya yazan
və oxuyan qurğulara xarici yaddaş qurğuları deyilir. Çevik maqnit disk (disket) yığıcıları
və lazer disk yığıcıları (CD-ROM) geniş tətbiq tapmışdır. Disklərdən paket yaradılır.
Diskin səthi cığırlaşdırılır. Eyni radiuslu cığırlar paketdə silindr yaradır. İnformasiya
cığırla radiusun kəsişməsinə yazılır. Cığırlar eyni tutumludur. Cığırlar sektorlara
bölünür. Sektorun ölçüsü 512, 1024 və ya 2048 bayt olur.
Vinçester də maqnit mahiyyətli disk paketidir. Lakin vinçester çevik yaddaş
qurğusu hesab edilmir. Vinçester diski dəqiqədə 3600-7200 dövr sürəti ilə fırlanır.