İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə58/266
tarix13.05.2022
ölçüsü1,71 Mb.
#115877
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   266
sa Musayev, M tl b lizad

3.9.3  Çıxış  qurğuları.  Bunlar  kompüterdə  işlənmiş  informasiyanı  insan  üçün 
münasib formada təqdim etmək üçündür. Buraya: monitor, printer, plotter (qrafquran) və 
səsucaldan kolonkalar aiddir. 
Monitor  (displey)  mətn  və  qrafik  informasiyanı  təqdim  etmək  üçündür.  Fərdi 
kompüterin  monitoru  mətn  rejimində  25  sətr  və  80  sütunun  kəsişməsindəki  2000 
xanadan  ibarətdir.  Hər  xanaya  bir  simvol  yazılır.  Simvol  nöqtələrdən  yığılmış  şəkildir. 
Qrafik  rejimdə  isə  monitorun  sahəsi  piksellə  (nöqtə  ilə)  ölçülür.  480x640,  600x800, 
768x1024, 864x1152, 1024x1280 rejimləri vardır. 
Monitor  ekranına  çıxarılan  informasiya  videoyaddaşda  saxlanır.  Bu,  məntiqi 
cəhətdən  operativ  yaddaşın  bir  hissəsi  olsa  da,  fiziki  cəhətdən  monitora  quraşdırılmış 
ayrıca qurğudur. 
Giriş-çıxış qurğuları portlar vasitəsilə idarə olunur. Port kompüterin girişinə və ya 
çıxışına müvafiq virtual yuvadır. Konkret qurğuya bir-neçə port xidmət edə bilir. Hansı 
verilənin  və  ya  əmrin  hansı  porta  ötürüləcəyi  və  ya  hansı  portdan  qəbul  ediləcəyi 


 
49 
prosessor tərəfindən təyin və icra edilir. Məsələn, printerin qoşulduğu port əvvəlcə onun 
qoşulub-qoşulmadığını,  sonra  işə  hazır  olub-olmadığını,  sonra  kağızın  olub-olmadığını 
yoxlayır, sonra lazımi əmri ötürür. 
Printer informasiyanı kağız üzərinə çıxarır. Printerlər: ardıcıl, sətri və səhifəlik olur. 
İş  prinsipinə  görə,  zərbəli  və  zərbəsiz  printerlər  vardır.  Çap  üsuluna  görə,  matris  və 
simvol printerləri mövcuddur. Matris printer iynə ilə işləyir. Başlıqda 9, 18, 24 iynə ola 
bilir. Sətri və səhifəlik matris printerlət müvafiq olaraq sətri və səhifəni bir dəfəyə çap 
edir.  Lakin  bunlar  səslidirlər.  Şırnaqlı  printerlər  zərbəsiz  olduğundan  səssiz  işləyir. 
Dəqiqədə 2-7 səhifə çap edir. Lazer printer kseroks prinsipində işləyir. 
Plotter (qrafquran) faktiki olaraq çertyoj quran böyük printerdir. 
İndiki  kompüterlərin  hamısında  audioadapter  (səs  platası)  vardır.  Səsucaldan 
kolonkalar həmin audioadapterlə işləyir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin