5.4.4. Visual Basic-də hazırlanmış proqram layihəsinin qrafik interfeysi və hadisəvi prosedurları Qrafik interfeys. Qrafik interfeys işləyən proqram əlavəsi ilə istifadəçi arasında
dialoq yaratmaq üçündür. Qrafik interfeys yaratmaq üçün əsas instrument ekrana açılan
formadır (Visual Basic-də Form, VBA-da UzerForm obyektlər sinfi) ki, bu da idarəedici
elementlərin yerləşdirildiyi pəncərədən ibarətdir. Layihənin qrafik interfeysi bir-neçə
formanı əhatə edə bilir.
Qrafik interfeys vizual olaraq elə qurulmuşdur ki, mışın köməyi ilə forma üzərində
idarəedici elementlərin şəklini çəkmək mümkün olur.
İdarəedici elementlər sinfi (Controls) qrafik interfeysdə müxtəlif cür adlandırılır.
Belə ki, məsələn, mətn sahəsi (TextBox), metka (Label), siyahılar
98
(ListBox), qrafik
pəncərələr
99
(PictureBox), əmr düymələri (CommandButton), dəyişdirici açarlar
(CheckBox), bayraqcıqlar (OptionsButton) və s.
Forma üzərinə idarəeici elementlərin eyni sinfinə aid olan, lakin fərdi qiymətli
xassələr nümayiş etdirən bir-neçə nüsxəsi (məsələn, Command1, Command2, Command3 və s.) yerləşdirilə bilər.
İdarəedici element dedikdə, qrafik interfeysin elə elementi nəzərdə tutulur ki, o,
istifadəçi və ya proqram obyektləri tərəfindən yaradılan hadisəyə reaksiya versin.
Forma və idarəedici elementlər müəyyən xassə, metod və hadisə yığımları ilə
xarakterizə olunur. Bəzi obyekt sinifləri, xassələr, metodlar və hadisələr aşağıdakı
cədvəldə verilmişdir: