İsa Musayev, Mətləb Əlizadə


Formanın  yerləşməsi  pəncərəsi



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə98/266
tarix13.05.2022
ölçüsü1,71 Mb.
#115877
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   266
sa Musayev, M tl b lizad

Formanın  yerləşməsi  pəncərəsi  (Form  Layout).  Bu,  aşağı  sağ  küncdə  yerləşir.  Bu 
pəncərə  icra  zamanı  forma  pəncərəsinin  monitor  ekranının  harasında  yerləşəcəyini 
göstərir. Formanın ekrandakı yerini mışla dəyişmək olur. 
Proqram  əlavəsinin  işlənib  hazırlanması  mərhələləri.  Visual  Basic  mühitində 
proqram əlavəsinin tərtibi aşağıdakı mərhələlərdən keçir: 
1.  Qrafik  interfeysin  yaradılması.  Formalar  konstruktoru  pəncərəsində  proqram 
əlavəsi ilə istifadəçi dialoquna imkan verən idarəedici elementlər yerləşdirilir. 
2.  Qrafik  interfeysin  obyektlərinin  xassələrinə  qiymət  verilməsi.  Obyektin  xassələri 
pəncərəsində  əvvəlcədən  forma  üzərində  yerləşdirilmiş  idarəedici  elementlərə 
qiymətlər verilir. 
3.  Proqram  kodunun  yaradılması.  Kod  redaktoru  pəncərəsində  proqram  kodu 
prosedurları daxil və redaktə edilir. 
4.  Layihənin  saxlanması.  Layihə  bir-neçə  fayldan  (o  cümlədən,  bir-neçə  forma 
fayllarından)  ibarət  olduğundan,  hər  bir  layihə  üçün  diskdə  ayrıca  qovluq 
yaratmaq  məqsədəuyğundur.  Layihənin  saxlanması  üçün  File  menyüsündən 
istifadə  edilir.  Əvvəlcə  forma  və  onunla  əlaqəli  proqram  modulunu  menyünün 
Save  FormVB1.frm  As...  bəndi  ilə  saxlamaq  lazımdır.  Sonra  Save  Project  As... 
əmri ilə layihə faylını prjVB1.vbp adı ilə saxlamaq olar.  
5.  Layihənin  proqram  əlavəsində  kompilyasiya  edilməsi.  Saxlanmış  layihə  yalnız 
Visual Basic proqramlaşdırma sistemində icra edilə bilir. Bunun üçün layihəni exe 
fayl  tipində  saxlamaq  lazımdır.  Bu  məqsədlə  [File-Make...]  əmrindən  istifadə 
edilir. Lakin bu imkan VB5.0 CCE versiyasında yoxdur. 
 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin