Obyektlər sinfi Xassələr Susma rejimində qiyməti Yeni qiyməti Form (forma)
Name Form1 frm1 Caption Form1 Birinci layihə
Label (üst yazı)
Name Label1 lbl1 Caption Label1 Birinci layihə
TextBox (mətn sahəsi)
Name Text1 txt1 Text Text1 Birinci layihə
CommandButton (əmr düyməsi)
Name Command1 cmd1 Caption Command1 Print metodu
Növbəti addım hadisəvi prosedurun proqram kodunun yaradılmasından ibarətdir.
Obyekt (forma və ya idarəedici element) üzərində mışın sol düyməsini 2 dəfə
basmaqla proqram kodu pəncərəsini açmaq lazımdır. Açılmış pəncərədəki hadisəvi
prosedurun sərlövhəsi boş olur. cmd1 düyməsi üzərində sol düyməni 2 dəfə basdıqda
hadisəvi prosedurun sərlövhəsi cmd1_Click şəklinə düşür:
Private Sub cmd1_Click () End Sub 4. cmd1 düyməsi üzərində mışın sol düyməsini 2 dəfə basmaqla cmd1_Click () boş
prosedurlu proqram kodu pəncərəsini açıb, Print metodu prosedurunu daxil
etməli. Bu prosedurun məzmunu aşağıdakı operatorlar ardıcılığından ibarət
olmalıdır:
frm1.Print ―Visual Basic dilində birinci layihə‖
Layihənin ilk variantı artıq icraya hazırdır.
5. [Run-Start] əmrini daxil etməli. Bu zaman proqram əlavəsinin açılan pəncərə-
sində ―Birinci layihə‖ sözləri görünəcəkdir. Bu hadisə Print metodu düyməsi
üzərində sol düyməni basdıqda baş verir.