İsa Musayev, Mətləb Əlizadə


Sub Кнопка1_Щелкнут()  IEFH.Show  End



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə103/266
tarix13.05.2022
ölçüsü1,71 Mb.
#115877
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   266
sa Musayev, M tl b lizad

Sub Кнопка1_Щелкнут() 
IEFH.Show 
End Sub 
Yazmaq kifayətdir. 
 
5.4.7. Dəyişənin tipi, adı və qiyməti 
Prosedur dillərində olduğu kimi, obyekt-istinad dillərində, o cümlədən, Visual Basic 
dilində də dəyişənlər mühüm rol oynayır. Dəyişənlər verilənləri saxlamaq və emal etmək 
üçündür. 


 
83 
Dəyişənlərin hər biri öz adı ilə verilir. Bu ad dəyişənin qiymətinin saxlandığı yaddaş 
oblastını göstərir. Dəyişənin qiyməti müxtəlif tip verilənlər ola bilər. 
Dəyişənin  tipi.  Dəyişənin tipi verilənin tipinə  görə təyin edilir.  Ədədi tip dəyişənin 
qiyməti  ədəddir  (Byte,  İnteger,  Long,  Single,  Double).  Məntiqi  tip  dəyişənin  (Boolean
qiyməti True (doğru) və ya False (yalan), sətri tip dəyişənin (string) qiyməti isə simvollar 
ardıcıllığıdır və s. 
Dəyişənin tipi açar sözdür. Buna görə də bunlar digər sözlərdən seçilməlidir.  
Müxtəlif dəyişən (verilən) tipləri üzərində müxtəlif əməllər
103
 icra edilir. Müxtəlif tip 
verilənlər yaddaşda müxtəlif həcmdə yaddaş sahəsi tutur.  
Dəyişənin adı. Hər bir dəyişənin adı (identifikatoru) yeganədir və o, proqramın gedişi 
prosesində dəyişə bilməz. Dəyişənin adı müxtəlif simvollardan (latın və rus hərflərindən, 
rəqəmlərdən və s.) təşkil edilə bilər. Lakin dəyişənin adı yalnız hərflə başlamalıdır və adda 
nöqtə  işarəsindən istifadə etmək  olmaz.  Adın uzunluğu 255 simvoldan  çox olmamalıdır. 
Ədədi  dəyişəni,  məsələn,  A  və  ya  Число  adlandırmaq,  sətri  dəyişəni  A  və  ya  Строка 
adlandırmaq  mümkündür.  Visual  Basic  dilində  tam  ədədi  dəyişənin  adı  intA  və  ya  
intЧисло, sətri dəişənin adı strA və ya strСтрока kimi yazılır. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin