İsa Musayev, Mətləb Əlizadə


 Proqram layihəsinin kompüterdə icrası



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə109/266
tarix13.05.2022
ölçüsü1,71 Mb.
#115877
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   266
sa Musayev, M tl b lizad

 
5.4.9. Proqram layihəsinin kompüterdə icrası 
İnterpretator və kompilyatorlar. 
Prosessorun proqramı icra edə bilməsi üçün proqram və verilənlər operativ yaddaşa 
yüklənməlidir. Bundan əvvəl operativ yaddaşa yüklənmiş tərcüməçi proqram (translyator
yüksək  səviyyəli  proqramlaşdırma  dilində  yazılmış  proqram  mətnini  avtomatik  olaraq 
maşın dilinə, prosessorun anladığı dilə tərcümə edir. Translyatorlar 2 tip olur: interpreta-
torlar və kompilyatorlar.  
İnterpretator yüksək səviyyəli dildə yazılmış proqram əmrlərini ardıcıl olaraq maşın 
dilinə  tərcümə  edib  icraya  buraxan  proqramdır.  İnterpretatopun  üstün  cəhəti  odur  ki, 
proqramdakı səhvi tapmağa imkan verir. Nöqsanı isə yavaş işləməsidir. 


 
87 
Kompilyator bir qədər başqa cür işləyir. O, proqram mətnini bütövlükdə tərcümə edib 
exe  fayla  çevirir  ki, bu  da  icraya  tam  hazır  olur.  Bundan  sonra  həmin  proqramı  istənilən 
qədər işlətmək olar. Kompilyator cəld işləsə də, proqramdakı səhvi tapmağa imkan vermir. 
Müasir  proqramlaşdırma  sistemləri,  o  cümlədən,  Visual  Basic  həm  interpretatorla, 
həm də kompilyatorla işləməyə imkan verir. Proqramın  tərtibi mərhələsində interpretator 
rejimindən, bütün səhvlər aradan qaldırıldıqdan sonra isə kompilyator rejimindən istifadə 
edilir.  

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin