İsa Musayev, Mətləb Əlizadə


Xidmətedici proqram vasitələrinin təsnifatı



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə132/266
tarix13.05.2022
ölçüsü1,71 Mb.
#115877
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   266
sa Musayev, M tl b lizad

Xidmətedici proqram vasitələrinin təsnifatı. 


 
104 
1.  Fayllar  dispetçeri
117
.  Fayl  strukturlarına  xidmət  üzrə  icra  edilən  əməliyyatların 
əksəriyyəti
118
  bunların  köməyi  ilə  icra  edilir.  Baza  proqram  vasitələri  sistem 
səviyyəsinin  proqramlarının  tərkibində  yerləşir  və  əməliyyat  sistemi  ilə  birgə 
yüklənir. 
2.  Verilənlərin  sıxılması  vasitələri
119
.  Bunlar  arxiv  yaratmaq  üçündür.  Arxiv 
fayllarındakı  informasiya  daha  sıx  yerləşdiyindən
120
    informasiya  daşıyıcısından
121
  
daha səmərəli isttifadə etməyə imkan verir. 
3.  Diaqnostika  vasitələri.  Bunlar  proqram  və  aparat  təminatlarının  diaqnostikası 
proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. Bu vasitələr səhvlərin 
düzəldilməsi vvə kompüter sisteminin işinin optimallaşdırılması üçün istifadə edilir. 
4.  Proqramların  qurulması
122
  vasitələri.  Bunlar  cari  proqram  konfiqurasiyasına  yeni 
proqram təminatının əlavə edilməsinə nəzarət etmək üçündür. Bu vasitələr proqram 
təminatının  ətraf  mühitinin  vəziyyətini  və  burada  baş  verən  dəyişikliyi  izləyir, 
əlavəetmə  ilə  əlaqədar  olaraq  yeni  yaranan  əlaqələri    və  ləğvetmə  ilə  bağlı  olaraq 
itirilmiş əlaqələri protokollaşdırır. Əlavəetmə və ləğvetməəməllərinin idarə edilməsi  
üzrə sadə vasitələr əməliyyat sisteminin tərkibində saxlanır.  Lakin bu məqsəd üçün 
əlavə xidmətedici proqramlardan da isstifadə etmək mümkündür. 
5.  Kommunikasiya vasitələri. Bunlar uzaq məsafələrdəki kompüterləri əlaqələndirmək, 
elektron poçtla xəbər ötürmək, faksimil məlumatları göndərmmək və s üçün nəzərdə 
tutulmuşdur. 
6.  Baxış  və  təkraryaratma  vasitələri.  Bunlar  əsasən  fayllarla  işləmək  üçün,  onları  öz 
―doğma‖  proqramlarına  (məsələn,  mətn  sənədini  Word-ə)    yükləmək  və  lazımi 
düzəlişlər  etmək  üçündür.  Əgər  redaktə  işi  lazım  deyilsə,  mətn  üçün  verilənlərə 
universal baxış, səs və ya video üçün universal təkraryaratma vasitələri mövcuddur. 
7.  Kompüter  təhlükəsizliyi  vasitələri.  Bunlara:  verilənlərin  pozulmasına,    onlara 
icazəsiz müdaxilə edilməsinə, baxış keçirilməsinə və dəyişdirilməsinə qarşı istifadə 
edilən  aktiv  və  passiv  vasitələr  aiddir.  Passiv  müdafiə  vasitələri  dedikdə, 
                                                 
117
fayl menecerləri 
118
 faylın surətinin çıxarılması, yerinin dəyişdirilməsi, adının dəyişdirilməsi, katloqların (qovluqların) 
yaradılması, obyektlərin ləğv edilməsi, faylların axtarılması və fayl daxilində naviqasiya və s. 
119
 arxivatorlar 
120
yazıldığından   
121
 yaddaşdan 
122
 installaşdırılması
 


 
105 
nüsxələşdirici,  yəni  ehtiyat  nüsxə  yaradan  xidmətedici  proqramlar  nəzərdə tutulur. 
Aktiv  müdafiə  vasitələri  kimi  antivirus  proqram  təminatından  istifadə  edilir. 
Verilənləri  icazəsiz  müdaxilədən  qorumaq  üçün  kriptoqrafiyaya  əsaslann  xüsusi 
sistemlər mövcuddur. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin