Disklərin defraqmentləşdirilməsi. Faylların sərt diskə yazılıb-pozulmasi ilə bağlı
olaraq zaman keçdikcə fraqmentləşmə
144
artır. Faylların fraqmentləşməsi kompüterin sürə-
tinə mənfi təsir edir. Çünki maqnit başlıq fraqment axtarışına get-gedə daha çox vaxt sərf
edir. Nəticədə sərt disk vaxtından əvvəl sıradan çıxır. Buna görə də dövrü olaraq disklərin
defraqmentləşdirilməsi məsləhət görülür. Defraqmentləşdirmə zamanı faylın fraqmentləri
ardıcıl klasterlərə yazılır. Dickin defraqmentləşdirilməsi proqramını işə buraxmaq üçün
Baş Menyüdən Standartlar-Xidmətedicilər-Diskin defraqmentləşdirilməsi əmrini vermək
lazımdır. Dialoq panelindən disk seçilməli, sonra OK verilməlidir. Məlumat düyməsini
basmaqla işin gedişini izləmək olar.