Yükləyici viruslar. Bu virus özünü diskin yükləyici sektoruna yazır. Yoluxmuş
diskdən əməliyyat sistemi operqtiv yaddaşa yükləndikdən sonra virus operativ yaddaşa
düşür və bundan sonra o, özünü fayl virusu kimi apararaq çoxalmağa və təhlükəli
nəticələrə səbəb olmağa başlayır.
Bu virusdan qorunmaq profilaktikası ƏS-i çevik diskdən yükləməməkdir.
Makroviruslar. Bu viruslar Word sənədlərini və Excel kitablarını yoluxdurur.
Makrovirus əslində sənədə yeridilmiş makrosdur
158
. Yoluxmuş sənəd proqram əlavəsini
yoluxdurduğundan, başqa sənədlər də yoluxur. Ona görə də proqram əlavəsini bağlamaq
lazımdır.
Makrovirusdan qorunmaq profilaktikası virusun işə buraxılmasına imkan vermə-
məkdir. Yoluxmuş sənədi Word və Excel tanıyıb xəbər verə bilir. Bu halda həmin sənədi
işə buraxmaq məsləhət görülmür.