İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə176/266
tarix13.05.2022
ölçüsü1,71 Mb.
#115877
növüDərs
1   ...   172   173   174   175   176   177   178   179   ...   266
sa Musayev, M tl b lizad

İşçi səhifələr. 
İşçi  kitabları  təmsil  edən  fayl  pəncərələrinin  aşağı  hissəsində  yan-yana  yerləşmiş  və 
üzərilərində 
Sheet1 (Лист1-
Vərəqə1), 
Sheet2 (Лист2
-Vərəqə2), ... və s. yazılmış düymələr 
görəcəksiniz (şəkil 7.). Bu düymələrdən hər biri bir işçi səhifəyə uyğundur. 
 
Şəkil 7.  İşçi səhifə düymələri 
İşçi  səhifələr  yığımı  işçi  kitabı  təşkil  edir. 
Excel  XP
-nin  daha  öncəki  variantlarında 
(
Excel
 
4.0
 və aşağısı) yaradılan hər bir fayl yalnız bir işçi səhifədən ibarətdir. Yəni, orada 
Workbook
 deyil, yalnız 
Worksheet
 yaratmaq mümkündür. 
Excel
-in 
5.0
  və  sonrakı  variantlarında  isə  məntiq  bir  az  dəyişir  və  çoxsəhifəli  bir  iş 
mühitinin  yaradılması  lazım  gəlir.  Artıq  bir  faylın  içərisində  bir  neçə  işçi  səhifə  yarada 
bilərsiniz ki, bunun da çox böyük əhəmiyyəti vardır. 
Excel  XP 
-  də  görəcəyiniz  işlər,  başqa  sözlə,  hazırlayacağınız  cədvəllər  ümumilikdə 
yalnız bir səhifədə görünməyəcək sayda və ölçüdə ola bilər. Məsələn, bir müəssisə müdiri 
kimi  müəssisənizin  mədaxil  və  məxaricini  aylıq  və  illik  olaraq  izləmək  istəyirsiniz.  Bu 
zaman  nə  edərsiniz?  Deyək  ki,  bunun  üçün  standart  bir  mədaxil/məxaric  cədvəli 
hazırlayıb, bunu standart bir forma kimi qəbul edərək hər ay üçün çoxalda bilərsiniz. Bu 
halda 
12
  ədəd  cədvəliniz  olacaqdır.  Təbii  ki,  bu 
12
  cədvəli  eyni  anda  kompüterin 
ekranında  görmək  mümkün  deyildir.  Əgər  bu  cədvəllərin  hamısını  bir  səhifəyə 
yerləşdirərsinizsə,  bu  halda  aylar  arasında  hərəkət  etmək  üçün  səhifə  üzərində  gəzməli 
olacaqsınız (ekranı hərəkət etdirməklə) və bu da bir xeyli vaxtınızı aparacaqdır. Bu zaman 
daha sadə yol seçə bilərsiniz. Hər aya aid olan cədvəli ayrı işçi səhifəyə yerləşdirməklə, 
12
 
işçi səhifədən ibarət işçi kitab təşkil etmiş olursunuz. Hətta son olaraq bir də illik cədvəl 
tərtib edə bilərsiniz. İşçi kitabın pəncərəsinin alt hissəsindəki səhifə düymələrinin adlarını 
da  Yanvar,  Fevral,  Mart,  ...,  Dekabr,  İllik  deyə  dəyişdirə  bilərsiniz.  Beləliklə  bir 
cədvəldən,  yəni,  bir  aydan  digərinə  keçməyiniz,  ya  da  illik  cədvəli  görməyiniz  daha  da 


 
141 
asanlaşacaqdır. Bir cədvəldən digərinə keçmək üçün uyğun aya aid işçi səhifə düyməsini 
sıxmağınız kifayətdir. 
 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin