İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə184/266
tarix13.05.2022
ölçüsü1,71 Mb.
#115877
növüDərs
1   ...   180   181   182   183   184   185   186   187   ...   266
sa Musayev, M tl b lizad

Şəkil 11.  Əmsalın dəyişkən kimi göstərilməsi 
Bu  cür  bir  misalda,  əmsalın  yerləşdiyi  ünvanı  nisbi  ünvan  kimi  göstərmək  uyğun 
deyildir.  Ünvanın  nisbilik  xüsusiyyətini  mütləqləşdirmə  yolu  ilə  qaldırmaq  lazımdır.  Bir 
ünvanı tam  mütləqləşdirmək üçün o ünvanın həm sütun adının, həm də sətir nömrəsinin 
soluna  ―
$
―  işarəsini  qoymaq  lazımdır.  İçərisində  belə  yazılmış  ünvan  olan  formulda, 
köçürüldüyü yerdən asılı olmayaraq bu ünvan həmişə sabit qalacaqdır. 
Misalımızda  köçürmə  əməliyyatını  yalnız  aşağıya  doğru  yerinə  yetiririk.  Əslində 
yalnız  sətirlərin  nömrəsi  dəyişəcəkdir.  Bu  səbəbdən  formulda  istifadə  ediləcək  ünvanda 
yalnız  sətir  nömrəsinin  qarşısında  ―
$
―  işarəsi  qoymaq  kifayətdir.  Bu  baxımdan  uyğun 
formulu aşağıdakı şəkildə də yaza bilərik: 
=D3+A$2 
Yəni, ünvanın yalnız sətir nömrəsi hissəsini mütləqləşdiririk. Sütun adı hissəsi isə nisbi 
olaraq  qalır.  Əgər  bu  formulu  sağa  və  ya  sola  doğru  köçürəriksə,  sütun  nömrəsi 
dəyişəcəkdir. Bu cür bir ünvan ifadəsinə qismi mütləq ünvan adı verilir. 
Bunun  əksi  olaraq  ünvanın  yalnız  sütun  adı  hissəsini  mütləqləşdirə  bilərsiniz  (
$A2
). 
Əslində  bu  xüsusiyyətdən  istifadə  etdikcə  daha  yaxşı  qavrayacaq  və  ünvanın  hansı 
hissəsinin mütləqləşdiriləcəyini özünüz təyin edəcəksiniz. Bu halda buna diqqət etməyiniz 


 
150 
lazımdır:  hansı  istiqamətdə  dəyişiklik  olmasını  istəmirsinizsə,  ünvanın  o  istiqamətlə 
əlaqədar hissəsini mütləqləşdirin, əgər hər iki istiqamətdə də dəyişməməsini istəyirsinizsə, 
o zaman tam mütləqləşdirin. Aşağıdakı yazılışa diqqət edin: 
=$D3*$A$2 
Bu formulu sağ alt hücrəyə köçürsək, formul aşağıdakı kimi olar: 
=$D4+$A$2 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin