İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə190/266
tarix13.05.2022
ölçüsü1,71 Mb.
#115877
növüDərs
1   ...   186   187   188   189   190   191   192   193   ...   266
sa Musayev, M tl b lizad

 
 
6.7.3. Qrafik redaktorlar 
6.7.3.1 Adobe Photoshop 
 
Qrafik  redaktorlar  üçölçülü  şəkilləri  kölgə  effektləri  ilə  yaratmağa  imkan  verən 
proqramlar kompleksidir. 
Peşəkar  rastr  qrafik  redaktoru 
Adobe  Photoshop 
müxtəlif  xarakterli  məsələləri  həll 
etmək üçün istifadə edilir. Proqramın köməyi ilə rastr təsvirlərlə yanaşı, vektor təsvirləri 
də redaktə etmək mümkündür. 
Hal  –  hazırda 
Adobe  Photoshop 
proqramındakı  alətlərdən  bəhrələnən  dizaynerlər, 
tərtibatçılar və rəssamlar təsvirlərin redaktə edilməsində proqramdan geniş istifadə edirlər. 
Adobe  Photoshop 
proqramının əsas vəzifəsi təsvirlər yaratmaqla yanası, hazır təsvir-
ləri  təhlil  etməkdir.  Rəsmlərin  çəkilməsini,  fotoşəkil  neqativlərinin  və  ya  fotoşəkillərin 


 
158 
tuşla düzəldilməsini
172
, təsvirlərin parlaqlığının və onlarda olan təzadların tənzim edilmə-
sini, müxtəlif sayda təsvirlərin kombinə edilməsini buraya aid etmək olar. 
Təhlil ediləcək təsvirləri fərdi kompüterə skaner və ya rəqəmli kameraların köməyi ilə 
daxil etmək istifadəçi üçün əlverişlidir. 
Adobe  Photoshop 
proqramındakı  çoxlu  sayda  alətlərdən  (məsələn,  karandaş.  fırça, 
avtoqələm,  aeroqraf  və  s.)  istifadə  edərək  təsvirdə  yaranmış  bütün  qüsurları  aradan 
qaldırmaq mümkündür. 
Proqramda  önəmli  işlərdən  biri  təsvirin  müəyyən  hissəsinin  (və  ya  fraqmentin) 
seçilməsi  və  seçim  aparılmış  sahənin  üzərində  müəyyən  əməliyyatların  həyata  keçiril-
məsidir. 
Adobe Photoshop
 rastr qrafik redaktorunun əsas üstün cəhətlərindən biri təsvir qatları 
ilə  işin  təşkil  edilməsidir.  Yəni,  istifadəçinin  müəyyən  sayda  qatlar  üzərində  zəruri 
əməliyyatları yerinə yetirəcək son nəticənin lazımı səviyyədə əldə edilməsinin mümkün-
lüyüdür. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin