İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə194/266
tarix13.05.2022
ölçüsü1,71 Mb.
#115877
növüDərs
1   ...   190   191   192   193   194   195   196   197   ...   266
sa Musayev, M tl b lizad

Şəkil 22. 
File (Файл
 – Fayl) Menyüsu, 
New (Новый
 – Yeni) dialoq pəncərəsi 
Hazır sənədin açılması. 
İstifadəçi çox vaxt hazır fayllarla işləyir. Bunun üçün 
File (Файл
 – Fayl) menyüsündən 
Open  (Открыть
  –  Aç)  əmrini  seçin.  Masaüstünə  eyniadlı  dialoq  pəncərəsi  çıxacaqdır 
(şəkil 23.). Dialoq pəncərəsi 
Windows
  əməliyyat  sistemində  olduğu  kimi, faylı  seçməyə, 
idarəetmə  elementlərinə,  həmçinin  seçilmiş  fayla  öncədən  baxmağa  və  s.  əməliyyatların 
həyata keçirilməsinə imkan verir. 


 
164 
 
Şəkil 23. 
File (Файл
 – Fayl) Menyüsu, 
Open (Открыть
 – Aç) dialoq pəncərəsi 
Dialoq  pəncərəsinin  üzərindəki
  Folder  (Папка
  –  Qovluq)  düyməsini  sıxmaqla  yeni 
qovluq  yarada,  nəzərdə  tutduğunuz  faylları  qovluğun  içinə  yerləşdirə  və  qovluğu  qeyd 
etməklə onun daxilində olan istənilən faylı seçib aça bilərsiniz. 
Dialoq pəncərəsində 
File Type (Тип Файлов
  –  Faylların  tipi)  siyahısını  açmaqla  əks 
olunacaq faylların sayını məhdudlaşdırmaq olar. 
File  (Файл
  –  Fayl)  menyüsündən 
Open  Recent  (Открыть  Последний
  –  Sonuncunu 
Ac)  əmrini  seçməklə  son istifadə  etdiyiniz  faylı  sürətlə  açıb, ona  baxış  keçirə bilərsiniz. 
Əmr  seçilərkən  açılmış  yardımçı  menyüdə  son  redaktə  olunmuş  faylların  siyahısı 
görünəcəkdir. 
File  (Файл
  –  Fayl)  menyüsündən 
Open  As  (Открыть  Как
  –  Yeni  Adla  Aç)  əmrini 
seçsəniz, istifadə etdiyiniz fayl yeni formatda yaddaşa yazılacaqdır. 
Son redaktə edilmiş faylı cəld açmaqdan ötrü 
File (Файл
 – Fayl) menyüsündən 
Open 
Recent (Открыть предыдущие
 – Öndəkini Aç) əmrinin seçilməsi kifayətdir. Əmr seçilən 
kimi  masaüstünə son redaktə edilmiş faylların siyahısı olan yardımçı  menyü açılacaqdır. 
Fayllardan istənilən birini açmaq üçün fayl seçilməlidir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin