177
Hipermətn ideyası əsasında mulyimediya texnologiyasına əsaslanan hipermediya
yaradılmışdır. Hipermətn sənədi
HTML (Hyper Text Markup Language) dilində tərtib
edilir.
HTML formatını ötürmək üçün
HTTP (Hyper Text Transfer Protocol)
protokolundan istifadə edilir.
WWW sənədindəki iqtibaslar elə təşkil edilmişdir ki, hər bir
informasiya resursu İnternetdə birmənalı ünvanlaşdırılır. İnternetdə informasiya resursuna
iqtibaslar
URL-ünvanlar (
Uniform Resource Locator) adlanır.
WWW xidmətinin köməyi ilə istifadəçi öz informasiya fəzasını vahid bütöv kimi
qəbul edir. İqtibaslar
WWW müştərisi olan brauzer adlanan proqramlar vasitəsilə dərk
edilir.
Telnet xidməti məsafədəki kompüterlərə terminal müraciətini təmin edir.
Proxy-server (əlaqələndirici server) tez-tez müraciət edilən informasiyanın üzünü
özündə saxlayır və təkrar müraciətlərdə uzaq qoşmalara ehtiyac qalmır.
Dostları ilə paylaş: