8.4.1 Verilənlərin kompüter texnologiyasının adi texnologiyadan fərqi. Əməliyyatların eyni cür icrası. Mühasibat uçotunun eyni, tam oxşar əməliyyatlarının icrası üçün kompüter
texnologiyasında eyni əmrlərdən istifadə edilir ki, bu da əl üsulu ilə işlənmə zamanı tez-tez
rast gələn təsadüfi səhvlərin yaranmasına praktiki olaraq imkan vermir. Əksinə, proqram
səhvləri və ya aparat və proqram vasitələrindəki digər sistematik səhvlər bütün qalan
şərtlərin dəyişməz olduğu hallarda da tamoxşar əməliyyatların icrası zamanı yanlış
nəticələrə səbəb olur.