İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə219/266
tarix13.05.2022
ölçüsü1,71 Mb.
#115877
növüDərs
1   ...   215   216   217   218   219   220   221   222   ...   266
sa Musayev, M tl b lizad

 
8.7.3. Verilən modelləri 
İxtiyari  verilənlər  bazasının  idarə  edilməsi  sistemləri  (VBİS)  müəyyən  verilən 
modeli  ilə  işləyir.  Verilən  modeli  dedikdə,  verilənlərin  strukturlaşdırılması  qaydaları 
çoxluğu nəzərdə tutulur. Əgər VBİS bir neçə modellə işləyirsə, bu,  multimodelli sistem 
adlanır.  
Verilən modeli bir tərəfdən, predmet oblastının verilən bazasında təzahür vasitəsidir 
və buna görə də o, özünü metainformasiya kimi təqdim edir. Digər tərəfdən, verilənlərin 
VBİS  tərəfindən  idarə  edilməsi  mexanizmi  kimi  çıxış  edir.  Müasir  anlamda  verilən 
modeli predmet oblastının modelləşdirilməsi instrumentidir. Halbuki əvvəllər bu anlayış 
yalnız  verilənlərin  quruluşunu  təsvir  edirdi.  İlk  verilən  modelləri  qraf  modelləri  idi. 
Bunlar  ya  şəbəkə,  ya  da  iyerarxik  (ağacşəkilli)  quruluşları  ifadə  edirdilər.  Hal-hazırda 
relyasiyalı (iqtibaslı) modellər daha geniş tətbiq edilir.  
Qraf  modellərinin  ən  mühüm  komponenti  naviqasiya  (axtarış)  aparatıdır
Naviqasiya  aparatı  üzərində  manipulyasiya  (dəyişdirmə)  əməli  aparılacaq  verilənləri 
(bunlara cari verilən deyilir) identifikasiya etmək (adlandırmaq) və idarəni struktur üzrə 
həmin  verilənlərə  yönəltmək  üçündür.  CODASİL  şəbəkə  modelində  naviqasiya  aparatı 
kifayət qədər mürəkkəbdir. Bu modeldə aşağıdakı tipik əməllər icra edilir: 
  Verilmiş tipə aid növbəti yazının tapılması; 


 
191 
 
Verilmiş məlumat yığımının növbəti yazısına keçilməsi; 
 
Carı yazıların emal üçün götürülməsi; 
 
Cari yazıların dəyişdirilməsi (təzələnməsi, əvəzlənməsi və s.); 
 
Yazının VB-də yadda saxlanması; 
 
Yazının yığıma əlavə edilməsi; 
 
Yazının yığımdan silinməsi; 
 
Cari yazının VB-dən silinməsi və s. 
Bu əməllər iyerarxik modellərdə də icra edilir. 
1970-ci illərdən geniş tətbiq edilən relyasiyalı  modellər cədvəllər çoxluğu şəklində 
qurulur.  
Sözügedən modellərin xarakterik xüsusiyyəti verilənə sərbəst mücərrəd obyekt kimi 
baxılmasıdır.  Yəni,  verilənin  məzmunu  və  əlaqələri  VB-dən  kənarda  qalır.  1970-ci 
illərdən semantik  modellərin  yaradılmasına başlanıldı. Bu  modellər  verilənin  məzmunu 
və əlaqələrini də VB-yə daxil etməyi nəzərdə tuturdu. Lakin bunlar geniş tətbiq tapmadı. 
1980-ci  illərin  sonunda  obyekt-istinad  proqramlaşdırmasının  uğur  qazanması  ilə 
verilənlərin obyekt modelləri meydana çıxdı. 1993-cü ildə ilk obyekt modeli ODMG-93 
(Objekt  Data  Management  Group)  yaradıldı  və  ODMG  3.0  versiyası  2000-ci  ildə  ən 
yaxşı  model  kimi  bəyənildi.  Müasir  kommersiya  VBİS-lərinin  əksəriyyətində  obyekt-
relyasiya  modellərindən  istifadə  edilir.  Bu  modellər  1999-cu  ildə  təklif  edilmiş  SQL 
dilinin yeni versiyası əsasında yaradılmışdır. 
Obyekt  modellərinin  mərkəzi  anlayışı  obyektdir.  Obyekt  müəyyən  vəziyyətdə 
olandır.  Obyektin  vəziyyəti  atributlar  çoxluğu  ilə  təyin  edilir.  Obyekt  bir  vəziyyətdən 
digər  vəziyyətə  keçməklə  müəyyən  davranış  nümayiş  etdirəndir.  Obyektin  davranışı 
əməllər sırası ilə təyin edilir. Obyekt fərdidir və özünəməxsus identifikatorla ifadə edilir. 
Obyektin vəziyyəti dəyişsə də identifikatoru dəyişmir. 
Hal-hazırda  çoxölçülü  modellər  də  geniş  tətbiq  edilir.  Bu  modellərdə  verilən 
çoxölçülüdür. Yəni, bir əsas rekvizitə əlamət rekvizitləri zənciri qoşulur. 
Bunlarla yanaşı, mahiyyət-əlaqə modelləri də vardır ki, bunlar da avtomatlaşdırılmış 
layihələşdirmə sistemləri mühitində geniş istifadə edilir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin