8.8.2. Mətni axtarış prinsipləri Müasir mətn axtarışı sistemlərinin mürəkkəbliyinin mənbələri. Müasir sistemlər
deskriptorlarla və ya sənəddəki atributlarla (nəşr ili, müəllifi, nəşriyyat və s.) işləyən
əvvəlki axtarış sistemlərindən fərqli olaraq sənədin məzmunu ilə iş görür.
Təbii dildə verilən cümlə və ya ifadə çox hallarda ikimənalı və bolluqlu olur.
Sinonimləri, omonimləri, qramatik forma müxtəlifliklərini nəzərə almaq lazım gəlir.
Cümlədəki sözlər arasındakı məna əlaqələri çox zaman əyani olmur. Yeni terminlər və
anlayışlar yaranır. Bütün bunlar mətni informasiya resurslarının strukturlaşdırılmama- sına dəlalət edir.