İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə232/266
tarix13.05.2022
ölçüsü1,71 Mb.
#115877
növüDərs
1   ...   228   229   230   231   232   233   234   235   ...   266
sa Musayev, M tl b lizad

Sənədlərin  təqdimatı.  Mətni  axtarış  sistemlərində  saxlanan  sənəd  kolleksiyaları 
olduqca iri ola bilir. Sənəddəki mətnlər də iri həcmli ola bilir. Buna görə də bütün mətnin 
təhlili səmərəli deyil. Vəziyyətdən çıxış yolu sənədin struktur təqdimatı ilə, başqa sözlə, 
sənədin təqdimat nümayəndələri ilə işləməkdən ibarətdir. 
Sənədlərin  indeksləşdirilməsi.  Sənədlərin  təqdimatı  onların  xassələri  (atributları) 
çoxluğu ilə yaradılır.  ―Dublin nüvəsi‖ (DC 1.1) adlanan beynəlxalq standartda sənədin 
təqdimatı 15 metaverilən elementlə verilir: 
 Title (resursun adı); 
 Creator (resursu hazırlayan və buna məsul olan şəxs, təşkilat və ya şöbə); 
 Subject (resursun məzmununda müzakirə edilən mövzu); 
 Deskription (resursun məzmununun sərbəst formada təsviri); 
 Publisher (resursa müraciət təmin edən şəxs, təşkilat, şöbə); 
 Contributor  (Creator-da  göstərilənlərdən  əlavə,  resursun  hazırlanmasında  iştirak 
edənlər); 
 Date (resursun yaradılması və ya təqdim edilməsi tarixi); 
 Type (resursun janrı, kateqoriyası və digər xarakteristikaları); 
 Format (resurs təqdimatının xarakteri); 
 
İdentifier (resursa dəqiq iqtibas); 
 Source (resursun götürüldüyü mənbəyə iqtibas); 
 Language (resursun təqdimat dili); 
 Relation (verilənlərlə əlaqəli resursa iqtibas); 
 Coverage (resursun aid olduğu sahə, zaman və s.); 


 
202 
 Rights (resursa intellektual mülkiyyət hüququ).  
Kvalifikatorlar – metaverilən elementlərin semantikasının dəqiqləşdiriciləri ―Dublin 
nüvəsi‖ndəki qeyri-müəyyənlikləri aradan qaldırır. Məsələn, Date elementi üçün yaradıl-
ma tarixi, müraciət tarixi kimi dəıqiqləşdirmə etmək olar. 
Sənədlə  assosiasiyalanmış  ixtiyarı  atribut  indeksləşdirilmiş  xassə  adlanır.  Bu 
xassələrə  əsasən  axtarış  sistemində  verilənlərin  köməkçi  strukturu  qurulur  ki,  bunun 
köməyi  ilə  sənədin  bütün  məzmununa  baxmadan  lazımi  sənədi  axtarıb  tapmaq  olur. 
Köməkçi  struktur  indeks,  göstərilən  atributların  sənədlə  assosiasiyalanması  propsesi 
sənədin indeksləşdirilməsi adlanır.  
Köhnə  axtarış sistemlərində  deskriptor  adlanan  ayrı-ayrı  söz  və  söz  birləşmələrin-
dən istifadə olunurdu.  Deskriptor sənədin axtarış obrazı idi. Bu sistemlər  deskriptorlu 
sistem adlanırdı. Deskriptorlu sistemlər hələ də istifadə edilir. 
Sənədlərin indeksləşdirilməsi sənədin annotasiyası və ya tam mətni əsasında müəllif 
tərəfindən adi qaydada, ya da sənədin kompüter təhlili yolu ilə avtomatik həyata keçirilir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin