İstifadəçi sorğularının təqdimatı. Mətni axtarış sistemlərinin digər mühüm məsə-
ləsi istifadəçi sorğularının məzmununun strukturlaşdırılmış təqdimatıdır. Sorğuların
təqdimatı da sənədlərin təqdimatına uyğun prinsiplərdən çıxış edərək hazırlanır. Əks
halda sorğu ilə axtarış obyektini müqayisə etmək mümkün olmaz.
Sənədlərin relevantlığı kriteriləri. İstifadəçi sorğusunun emalı prosesində növbəti
baxılacaq sənədin relevantlığı qiymətləndirilməlidir. Bu məqsədlə relevantlıq (yaxınlıq)
kriterisindən istifadə edilir. Bu kriteri sənəd və sorğunun təqdimat üsulundan asılıdır.
Məsələn, deskriptorlu sistemlərdə sənəd o zaman relevant sayılır ki, sorğudakı axtarış
obrazını əmələ gətirən deskriptorlar sənədin axtarış obrazındakı deskriptorlar
çoxluğunun alt çoxluğu olsun. Müasir sistemlərdə daha mürəkkəb kriterilərdən istifadə
edilir.