WWW servisi. Bu, qlobal şəbəkənin müxtəlif düyünlərində yerləşən paylanmış
hiper-mediya informasiya resurslarına naviqasiya (axtarış) müraciəti təmin edən İnternet
servisidir. Bu servisdə paylanmış informasiya resursları istifadəçilər üçün şəffafdır.
Elektron poçt. Bu, İnternet servislərinin ən populyarıdır. Elektron poçtun funksi-
yası bir istifadəçinin ötürdüyü xəbəri başqa istifadəçiyə (istifadəçilərə) çatdırmaqdan
ibarətdir. Bu servisin hər bir istifadəçisi özünün elektron ünvanına malikdir. Bu ünvan
onu İnternet mühitində fərdi şəkildə təyin etməyə imkan verir. İstifadəçinin elektron
ünvanı ona xidmət göstərən poçt serverindəki İnternet düyününün domen adından və
həmin serverdə təkrarı olmayan istifadəçi identifikatorundan ibarətdir.
Məsələn, vizit kartındakı e-mail: student@econ.adiu.az yazısı kart sahibinin elek-
tron ünvanıdır. Burada: student– elektron poçt serverində onun istifadəçi identifikatoru,
econ.adiu.az- xidmətedici düyünün domen adı, @- ayırıcı simvoldur. İstifadəçiyə gələn
xəbər poçt serveri tərəfindən onun poçt qutusuna yerləşdirilir. Müştəri proqram
təminatının köməyi ilə istifadəçi öz poçt qutusuna baxa bilir, oradakı faylları silə bilir,
oraya fayl daxil edə bilir və s.