İsa Musayev, Mətləb Əlizadə


 Yeni Veb texnologiyaları



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə253/266
tarix13.05.2022
ölçüsü1,71 Mb.
#115877
növüDərs
1   ...   249   250   251   252   253   254   255   256   ...   266
sa Musayev, M tl b lizad

 
8.9.6. Yeni Veb texnologiyaları 


 
213 
Son  illərdə  mövcud  olan  veb-texnologiyalarının  məlum  qüsurlarını  aradan 
qaldırmaq istiqamətində gərgin iş  aparılır.  Bu işlər göstərir ki,  Veb-in  baza  elementləri 
olan hipermətn nişanlama dili HTML-də, universal resurs lokatoru URL-də və hipermətn 
resurslarının  ötürülməsi  protokolu  HTTP-də  köklü  dəyişikliklər  etməyə  kəskin  ehtiyac 
vardır. 
Yeni veb texnologiyaları 1998-ci ildə qəbul edilmiş standarta əsaslanır. Bu standarta 
əsasən  HTML  nişanlama  dilinin  imkanlarını  genişləndirən  XML  (Extensible  Markup 
Language)  nişanlama  dilindən  istifadəyə  keçid  nəzərdə  tutulur.  Mövcud  texnologiyada 
qapalı HTML-ə həvalə edilmiş funksiyalar sözügedən standarta əsaslanan yeni nəsil Veb-
də modul prinsipində qurularaq açıq modul vasitəsilə icra ediləcəkdir. HTML-dən fərqli 
olaraq XML dili XML-sənədinin məzmununu da nişanlamağa imkan verir. Beləliklə, yeni 
veb  texnologiyaları  XML  platformasına  əsaslanacaqdır.  XML  platformasının  standartla-
rında  informasiya  resurslarının  identifikasiyası  URL  mexanizmindən  prinsipial  surətdə 
fərqlənən URİ (Universal Resource İdentifier) mexanizminə keçid nəzərdə tutulur ki, bu 
da  resursları  təkcə  yerləşdiyi  yer  üzrə  deyil,  həm  də  bəzi  mücərrəd  adlar  üzrə  də 
iqtibaslaşdırmağa  imkan  verir.  Bu  məqsədlə  yeni,  XML  protokolları  işlənib  hazırlanır. 
XML-səhifəsində metaverilən də nəzərdə tutulur. 
Yeni veb texnologiyaları platformasının əsas prinsipial qoyuluşu mövcud platforma 
ilə  uyuşanlığı  da  nəzərdə  tutur.  Yəni,  yeni  texnologiyada  HTML  dilində  təqdim  edilən 
resurslarla  da  manesiz  işləmək  mümkün  olacaqdır.  XML  platformasının  bir  sıra 
standartları artıq geniş tətbiq edilməkdədir. Məsələn, XML dili elektron biznesdə tətbiq 
edilir.    XML  ilə  VB  dili  olan  SQL  arasında  əlaqələrin  yaradılması  üzərində  gərgin  iş 
gedir. Bu, VB texnologiyalarının da XML platformasına keçirilməsi ilə nəticələnəcəkdir. 
Yəni XML-ə yönəldilmiş VBİS yaradılması qaçılmazdır.  
XML  platforması  həm  də  Veb-in  elmtutumluluğunu  və  texnoloji  mükəmməlliyini 
təmin  etmək  üçün  təməl  təşkil  edir.  Bu,  semantik  Veb  yaradılması  deməkdir.  Bu  isə 
yalnız sintaksis mahiyyətli olan XML-sənədinə də yenidən baxılmasını tələb edəcəkdir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin