8.9.7. Həllini gözləyən problemlər
Artıq bir neçə illik intensiv inkişafdan sonra Veb texnologiyalarının keyfiyyətcə
təkmilləşdirilməsi imkanları tükənmişdir.
214
Veb texnologiyaları əlavələrinin təkamülünə əsas əngəl HTML dilinin zəif cəhətləri
və funksional məhdudiyyətləri olmuşdur. Belə ki, HTML dili qapalı dil olduğundan,
lazım gəldikdə dilin funksional imkanlarını genişləndirmək üçün istifadəçiyə yeni teqlər
daxil etməyə imkan vermir. Bundan əlavə, möxcud veb texnologiyası informasiya
resurslarını (URL-in köməyi ilə) yalnız yerləşdiyi yer üzrə identifikasiya edir
(ünvanlaşdırır), halbuki daha mücərrəd identifikasiya vasitələrinə ehtiyac vardır. Çünki
mövcud identifikasiya metodunda, resurs yerini dəyişən kimi, veb-serverdəki iqtibaslar
pozularaq ―asılı‖ vəziyyətə düşür. HTML–səhifəsində təqdim edilən sənədlərin quruluşu,
semantikası və digər xassələrinin təsvirini vermək üçün metaverilənə yer yoxdur. Buna
görə də HTML-səhifəsinin quruluşu və məzmununun düzgünlüyünə nəzarət etmək
mümkün olmur. Bu problemlər HTML dilinin Veb səhifəsinin məzmunca nişanlanmasına
deyil, yalnız kompüter ekranında təqdimat formatına yönəlik olması ilə bağlıdır. HTML-
səhifəsində metaverilənin olmaması daha məqsədyönlü axtarışa imkan vermir.
|