İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə82/266
tarix13.05.2022
ölçüsü1,71 Mb.
#115877
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   266
sa Musayev, M tl b lizad

Do  While Şərt 
   
Dövrün gövdəsi 
Loop 
Bu,(While) dövü davam etdirən şərt adlanır. 
Do Until Şərt 
   
Dövrün gövdəsi 
Loop 
Buna (Until) isə dövrü bitirən şərt deyilir.  
Şərt dövrdən sonra yerləşibsə, buna ―dövr-qədər‖ quruluşu deyilir. Bu da Do...Loop 
açar sözlərlə ifadə edilir: 
Do 
Dövrün gövdəsi 
Loop  While Şərt 
Do 
Dövrün gövdəsi 
Loop Until Şərt 
Göründüyü  kimi,  burada  da  dövrdən  çıxmaq  şərti    While  və  Until  vasitəsilə  yerinə 
yetirilir.  ―Dövr-qədər‖  quruluşu  şərtin  ödənib-ödənməməsindən  asılı  olmayaraq  heç 
olmazsa, 1 dəfə işləyir. 
 
5.2. Verilənlərin proqramla emalı 
Kompüterin əsas funksiyası informasiyanı emal etməkdir.  
20-ci əsrin 50-60-cı illərində kompüter elektron-hesablayıcı maşın (EHM) adlanarkən 
yalnız hesablama işi apara bilirdi. İnformasiyanın emalı prosesi ədədi verilənlər üzərində 


 
67 
aparılan  əməliyyatlardan  ibarət  idi.  70-ci  illərdə  kompüter  mətnlərlə  işləməyi  ―öyrəndi‖. 
İstifadəçi mətn tərtib edib onu redaktə etmək imkanı qazandı. Hal-hazırda kompüterlərin 
əksəriyyəti və sərf edilən vaxtın çoxu mətn verilənləri üzərindəki işlə bağlıdır. 80-ci illərdə 
qrafik  informasiya  ilə  işləyən  ilk  kompüterlər  meydana  gəldi.  İndi  kompüter  qrafikası 
işgüzar  qrafikada  (diaqram,  qrafik  və  s.  qurulmasında),  kompüter  modelləşdirməsində, 
təqdimatların  hazırlanmasında,  Web-saytların  yaradılmasında,  televiziya  reklamlarında, 
animasiya  filmlərində  və  s.  geniş  istifadə  edilir.  Qrafik  verilənlərin  emalına  kompüter 
tətbiqi daim genişlənməkdədir.  
90-cı  illərdə  kompüter  səs  informasiyasını  emal  etmək  imkanı  qazandı.  Müasir 
kompüter  istifadəçisi  səs  fayllarının  yazılması,  dinlənilməsi  və  redaktə  edilməsi  işini 
reallaşdıran proqram əlavəsi ilə işləyə bilər. Səs faylı ilə iş multimediya texnologiyasının 
ayrılmaz tərkib hissəsidir.  
Ədəd, mətn, qrafik və səs informasiyasının kompüterdə işlənməsi üçün onlar verilən
96
 
formasına gətirilməlidir. Verilənlər kompüterdə maşın dilində (0 və 1-lər sırası şəklində) 
saxlanır və emal edilir.  
Verilən  üzərində  nə  etməyi  bilmək  üçün  kompüterin  prosessoru  müəyyən  əmr 
(təlimat) almalıdır. Məsələn, ―iki ədədi topla‖ və ya ―bir simvolu digərinə dəyiş‖ kimi əmr 
verilə bilər.  
Adətən hər hansı bir məsələni həll edərkən prosessor çoxsaylı əmrlər ardıcıllığını icra 
etməli olur. Maşın əmrləri ardıcıllığı proqram adlanır.  
Beləliklə,  verilənlərin  emalı  prosesində  kompüterin  icra  etdiyi  əmrlər  ardıcıllığına 
proqram deyilir. 
40-50-ci illərdə, kompüter erasının başlanğıcında proqramlar bilavasitə maşın dilində, 
yəni prosessorun başa düşdüyü dildə tərtib edilirdi. Bu proqramlar 0 və 1-lərin son dərəcə 
uzun sırasından ibarət olduğu üçün baş açmaq çox çətin idi.  
60-cı illərdə yüksək səviyyəli proqramlaşdırma dilləri (Alqol, Fortran, Basic, Paskal 
və  s.)  yaradıldı.  Bu  dillər  proqram  tərtibini  xeyli  yüngülləşdirdi.  Hal-hazırda  vizual 
proqramlaşdırma  sistemlərinin  (Visual  Basic,  Delphi  və  s.)  meydana  çıxması  ilə 
proqramlaşdırma kütləviləşmişdir.  
                                                 
96
 Kompüter formasında (maşın dilində) təqdim edilən və kompüterdə emal edilən informasiya verilən 
adlanır. 


 
68 
Müxtəlif  verilənlərin  emalı  üçün  lazım  olan  proqramlar  bir  neçə  10  illər  ərzində 
yaradılmışdır.  
Proqramlar çoxluğu kompüterin proqram təminatını təşkil edir. 
Beləliklə,  verilənlərin  kompüterdə  emalı  üçün  hardware  deyilən  aparat  təminatı  ilə 
yanaşı, software adlanan proqram təminatı da zəruridir.  
Verilənlərin  kompüterdə  proqramla  emalı  prosesi  aşağıdakı  kimi  gedir:  icraya 
buraxıldıqdan  sonra  xarici  yaddaşda  saxlanan  proqram  operativ  yaddaşa  yüklənir; 
prosessor  proqramdakı  əmrləri  ardıcıl  oxuyub  icra  edir;  əmrlərin  icrası  üçün  lazım  olan 
verilənlər  xarici  yaddaşdan  operativ  yaddaşa  köçürülür  və  onların  üzərində  lazımi 
əməliyyatlar  icra  edilir;  əmrlərin  icrası  nəticəsində  alınmış  verilənləri  prosessor  operativ 
yaddaşa, oradan da xarici yaddaşa yazır; proqramın icrası zamanı prosessor veriləni giriş 
qurğularından alıb, aldığı nəticəni çıxış qurğularına da çıxara bilir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin