İsa Musayev, Mətləb Əlizadə


 Proqramlaşdırma sistemləri



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə83/266
tarix13.05.2022
ölçüsü1,71 Mb.
#115877
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   266
sa Musayev, M tl b lizad

 
5.3. Proqramlaşdırma sistemləri 
EHM-lərin  ilk  inkişaf  mərhələsində  proqramlaşdırma  maşın  dilində  idi.  Bu,  çox 
çətin, böyük zəhmət tələb edən iş idi. O vaxt hər maşının özünəməxsus dili var idi. Bu 
dildə  yazılmış  proqramı  oxumaq  mümkün  deyildi.  Buna  görə  də  səhvi  tapmaq  müşgül 
məsələ idi. 
Proqramlaşdırma texnologiyasında ilk tərəqqi əməliyyatın kodu və verilənin ünvanı 
əvəzinə  adlardan  istifadə  ideyası  ilə  bağlıdır.  Bu,  proqramın  oxunuşunu  və  redaktəsini 
köklü  şəkildə  asanlaşdırdı.  Bu  ideya  üzrə  yazılan  əmrlər  dili  Assembler  dili  adlanır. 
Lakin  Assembler  dili  də  birbaşa  maşının  konstruksiyasına  bağlandığından,  dil  fərqi 
problemi həll edilməmiş qaldı. Həm də Assembler dilində yazılmış proqramı kompüter 
bilavasitə istifadə edə bilmir. Bu problemi  translyator həll etdi. Assemblerdən az sonra 
yüksək səviyyəli dillər, ilk olaraq FortranCobol, sonra Alqol-60 alqoritmik dili yarandı. 
Proqramlaşdırma  dilləri:  ixtisaslaşdırılmış  və  universal  olmaqla  2  yerə  bölünür. 
İxtisaslaşdırılmış  dillər  xüsusi  sinif  məsələlərin  həlli  üçündür.  Universal  dillər  hər  cür 
məsələni həll etməkdən ötrüdür. Universal dillər, şərti olaraq, sadə və mürəkkəb dillərə 
bölünür.  Sadə  dillərə:  Paskal,  C  və  Basic,  mürəkkəb dillərə:  Ada,  Modula-2,  Algol-68
C++ aiddir. 
Paskal 1970-ci ildə Algol-60 dilinin ideyaları əsasında, tədris məqsədi ilə yaradılsa 
da, geniş praktiki tətbiq tapdı. 


 
69 
Alqoritmik dilləri, həmçinin, prosedur və qeyri-prosedur dillərinə bölürlər. Prosedur 
dillərində  alqoritm  ayrı-ayrı  əməliyyatlar  ardıcıllığı  kimi  təsvir  edilir.  Qeyri-prosedur 
dillərində  proqramın  məqsədi  formalaşdırılan  kimi  məsələnin  həll  alqoritmi  avtomatik 
tərtib edilir. Qeyri-prosedur dillərinə Prolog və Planner misal ola bilər. 
Proqramlaşdırma  dillərinin  ən  vacib  anlayışlarından  biri  dəyişən  anlayışıdır. 
Dəyişən, müraciət gözləyən verilənin yerləşdiyi yaddaş yuvasının məzmunudur ki, bu da 
proqramın gedişində dəyişikliyə uğrayır. İkinci vacib anlayış dəyişənin tipi anlayışıdır.  
Prosedur proqramlaşdırma dillərinin mühüm elementi  operatordur. Bu proqramlar 
operatorlar ardıcıllığı kimi tərtib edilir. 
Məsələnin maşında həlli aşağıdakı mərhələlərdən keçir: 
 
Proqramı tərtib ediləcək məsələnin qoyuluşu, məqsədin, şərtləin və funksiyaların 
formalaşdırılması; 
 
Proqramın ümumi sxeminin qurulması; 
 
Formal (riyazi) modelləşdirmə, yəni, məsələnin düsturlaşdırılması və verilənlərin 
modellərinin qurulması; 
 
Məsələnin metodiki həlli; 
 
Müəyyən  dildə,  məsələn,  blok-sxem  dilində  və  ya  bilavasitə  proqramlaşdırma 
dilində alqoritm tərtibi; 
 
Proqram mətninin tərtibi; 
 
Proqram komponentlərinin testləşdirilməsi və sazlanması; 
 
Proqramın sənədləşdirilməsi; 
 
Proqramın sınaq istismarı; 
 
Proqramın praktiki istifadə üçün tətbiqi. 
Proqramın  layihələşdirilməsi  tərtib  edilən  proqramın  məqsəd  və  funksiyalarının 
ardıcıl surətdə xırdalaşdırılıb dəqiqləşdirilərək modullara çevrilməsi prosesini ifadə edir. 
Layihələşdirmə:  prosedur-istinad  və  verilən-istinad  olmaqla  2  metodla  həyata  keçirilir. 
Prosedur-istinad  metodunda  proqramın  quruluşu  məsələnin  funksional  sxemini  təkrar 
edir.  Verilən-istinad  metodunda  ilk  növbədə  obyektin  tam  funksional  təsvirini  verən 
verilənlərin quruluşu müəyyən edilir. 


 
70 
Mürəkkəb məsələlərin həll alqoritmini qurarkən 2 üsuldan istifadə edilir: yuxarıdan-
aşağı təhlil və aşağıdan-yuxarı sintez. Təhlil zamanı ümumidən xüsusiyə, sintez zamanı 
isə xüsusidən ümumiyə doğru hərəkət edilir. 
Obyekt-istinad  proqramlaşdırması  prosedur-istinad  və  verilən-istinad  metodlarını 
vahid  tam  halında  birləşdirir.  Burada  əsas  anlayış  sinif  anlayışıdır.  Hər  sinif  bir  real 
obyektin modeli olub, həmin obyekti təsvir edən məlumatları saxlayır və onların emalına 
icazə verir. Məsələn Verilən bazası üçün axtarış, əlavəetmə, dəyişdirmə və təqdimetmə 
kimi prosedurlarının hər biri bir obyektə verilən xassədir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin