27
―РВМ-1
48
‖ 50-ci illərdə SSRİ-də N.İ.Bessonovun rəhbərliyi altında yaradılmışdı ki, bu da
kifayət qədər uzun 2-lik ədədlər üzərində saniyədə 20 vurma əməli icra edə bilirdi.
Hesablayıcı texnikada əsl inqilab elektron qurğuların tətbiqi ilə baş verdi. Bu qurğular
üzərində iş 20-ci əsrin 30-cu illərinin sonunda eyni vaxtda ABŞ-da, Almaniyada,
İngiltərədə və SSRİ-də aparılmağa başladı. Bu illərdə radiotexniki qurğularda geniş tətbiq
edilən elektron lampaları ədədi informasiyanın emalı və saxlanması üçün texniki təməl
kimi istifadə edilməyə başladı.
İlk fəaliyyət göstərən EHM ABŞ-da 1945-1946-cı illərdə
istehsal edlmiş ENIAC oldu.
Bu maşının adı ingiliscə ―elektron-ədədi inteqrator və hesablayıcı‖ kimi tərcümə edilən
sözlərin baş hərflərindən yaradılmışdı. Bu maşının yaradılması işinə 30-cu illərin sonunda
Corc Atanasov, sonrakı illərdə isə Con Mouçli və Presper Ekkert rəhbərlik etmişdilər.
ENIAC 18 min elektron lampasından və çoxsaylı elektromexaniki elementlərdən
qurulmuşdu. Enerji tələbatı 150 kvt idi ki, bu da çox da böyük olmayan bir zavodun
tələbatı qədərdir.
Praktiki olaraq eyni zamanda Böyük Britaniyada da EHM yaratmaq üzərində iş
gedirdi. Bu iş, ilk növbədə, Allan Türinqin adı ilə bağlı idi. A.Türinq alqoritmlər
nəzəriyyəsi və kodlaşdırma nəzəriyyəsi sahələrində görkəmli xidmətlər göstərmiş məşhur
riyaziyyatçı idi. 1944-cü ildə Böyük Britaniyada ―Koloss‖ adlı maşın yaradıldı.
Bu və digər ilk EHM-lər sonrakı kompüterlərin konstruktorlarının nöqteyi-nəzərindən
çox mühüm keyfiyyətə malik deyildilər. Belə ki, bu maşınlarda proqram yaddaşda
saxlanmırdı. Olduqca mürəkkəb kommutasiyaedici xarici qurğularda yığılırdı.
Elektron-hesablayıcı texnikanın inkişafının ilk mərhələsində görkəmli amerika
riyaziyyatçısı Con fon Neyman nəzəri və praktiki cəhətdən böyük xidmətlər göstərmişdir.
Belə ki, ―fon Neyman prinsipləri‖ ömürlük tarixə düşmüşdür. Bu prinsiplər EHM-lərin
klassik (fon Neyman) arxitekturasını törətdi
49
. Əsas prinsiplərdən biri, yəni proqramın
48
РВМ - Релейная вычислительная машина
49
Fon Neyman maşını aşağıdakı prinsiplərə əsaslnır:
-Kompüter bir-neçə əsas qurğulardan ibarət olmalıdır;
-İnformasiya xüsusi yaddaş qurğusunda saxlanmalıdır;
-Verilənlər yaddaşda ikilik ədədlər şəklində saxlanmalıdır;
-Hesab və məntiq əməlləri hesab-məntiq
qurğusunda icra edilməlidir;
-Proqramın icrasına nəzarət idarəetmə qurğusu vasitəsi
ilə həyata keçirilməlidir;
-Proqram verilənlərlə birgə yaddaş qurğusunda saxlanmalıdır;
-İnformasiyanın daxil edilməsi və çıxarılması üçün giriş-çıxış qurğusu olmalıdır.
Müasir kompüterlərin əksəriyyəti fon Neyman prinsipləri əsasında qurulmuşdur.
28
saxlanması prinsipi ―proqramın da verilən kimi, maşın yaddaşında saxlanmasını‖ tələb
edir. İlk belə maşın 1949-cu ildə Böyük Britaniyada yaradılan
EDSAC adlı maşın oldu.
1970-ci illərədək SSRİ-də yaradılan EHM-lər son dərəcə məxfi strateji məhsul
sayılaraq ətraf dünyadan tamamilə izolə olunmuş halda istehsal edilirdi. 80-ci illərdən
məxfilik bir qədər yumşaldıldı və köhnə EHM modelləri idxal edilməyə başladı. Hal-
hazırda ABŞ və Yaponiya yeni kompüter modellərinin hazırlanması və istehsalını məxfilik
rejimində həyata keçirir.
SSRİ-də istehsal edilən ilk EHM
50
1951-ci ildə akademik S.A.Lebedevin rəhbərliyi
altında yaradıldı. 60-cı illərin ortalarında SSRİ-də yaradılan BESM-6
51
adlı EHM öz
dövrünün ən güclü EHM-i olaraq uzun müddət müdafiə, kosmik tədqiqatlar, elmi-texniki
tədqiqatlar sahələrində baza maşın kimi istifadə edildi. Həmin illərdə İ.S.Bruk,
M.A.Karsev, B.İ.Rameev, V.M.Qluşkov, Y.A.Brazilevcki kimi konstruktor və informatika
nəzəriyyəçilərinin rəhbərliyi ilə ―Minsk‖, ―Ural‖, ―M-20‖, ―Mir‖ və s EHM-lər istehsal
edildi.
Dostları ilə paylaş: