“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
8
A. NÜMUNƏVİ PEŞƏ STANDARTI
Geoloq
Peşənin qısa təsviri
Geoloq yer qabığının tərkibi, quruluş xüsusiyyətləri və tarixini araşdırır, yerin formalaşmasına öz
təsirini göstərən proseslərin ardıcıllığını müəyyən etmək üçün dağ süxurları, minerallar və qazıntı
halında çıxarılan qalıqları tədqiq edir. Bu peşə kimya, fizika, biologiya, coğrafiya və riyaziyyat elmləri
ilə əlaqəli şəkildə geoloji hadisələri izah edir və faktiki olaraq mineral və neft yataqlarının, eləcə də
yeraltı su ehtiyatlarının yerini müəyyən etməyə kömək edir. Geoloq Yerdə vulkan və sürüşmə hallarını
tədqiq edərək püskürmə və zəlzələlər barədə qabaqcadan xəbər verilməsində və onların zərərinin
minimuma endirilməsi məqsədi ilə ictimai təhlükəsizliyin təmin edilməsində iştirak edir. O, eyni
zamanda, geoloji hesabatlar və xəritələr hazılayır, məlumatları şərh edir, əlavə tədqiqat və tədbirlərin
həyata keçirilməsini tövsiyə edir.
Dostları ilə paylaş: