Isco 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması


B. PEŞƏ STANDARTI ÜZRƏ QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə9/15
tarix26.12.2022
ölçüsü0,71 Mb.
#121821
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
2114-4-00020-01 Geologist az

B. PEŞƏ STANDARTI ÜZRƏ QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ 
Geoloq 
Qiymətləndirməyə dair qısa məlumat 
Geoloq üçün qiymətləndirmə nümunəsi yer qabığının tərkibi, quruluş xüsusiyyətləri və tarixinin 
araşdırılması, yerin formalaşmasına öz təsirini göstərən proseslərin ardıcıllığını müəyyən etmək üçün 
dağ süxurları, minerallar və qazıntı halında çıxarılan qalıqları tədqiq etmək üçün tələb olunan bilik və 
bacarıqları müəyyən edir və qiymətləndirir. 
Hazırkı peşə üçün tövsiyə edilən qiymətləndirmə metodları aşağıdakılardır: (i) fəaliyyətin 
qiymətləndirilməsi və (ii) yazılı testlər. Sözügedən peşə üçün qiymətləndirmə proqramının nümunəsi 
aşağıda verilmişdir.
 
Məşğulluq Təsnifatında (MT) peşənin kodu:
2114 (Geoloq) 
MT-də ixtisas (bacarıq) səviyyəsi: 

ISCO 08-də işin kodu:
2114 (Geologist) 
ISCO 08-də ixtisas (bacarıq) səviyyəsi: 

Test versiyası: 
01 
Hazırlanma tarixi: 
İyun, 2012-ci il 
Təsdiq edən qurum: 
Təsdiq tarixi: 
B.1. FƏALİYYƏT MEYARLARI 
Bu meyarlar peşə standartındakı vəzifə və fəaliyyətlərlə birbaşa əlaqəlidir. Onlar ölçülə bilən formada 
müəyyən edilməlidir ki, qiymətləndirmə nümunələri hazırlayanlar üçün qiymətləndirmə maddələrinin 
formalaşdırılması baxımından faydalı olsun. Birinci (V.1) və sonuncu (V.14) vəzifələrə uyğun gələn 
fəaliyyət meyarları ilə bağlı nümunə aşağıda göstərilmişdir. 
Fəaliyyət meyarı nümunəsi: 
V.1. Layihəni müəyyən etmək: 
F.1.1. Layihə tələblərini müvafiq personala təqdim etmək; 
F.1.2. Mövcud yataqların geoloji aspektlərini tədqiq etmək və məlumatı yoxlamaq; 
F.1.3. Layihə təkliflərini hazırlamaq. 
. . . 
V.14. Məlumatları məruzə etmək və sənədləri tamamlamaq: 
F.14.1. Ərazi üzrə məlumatları zəruri formatda və gözlənilən vaxt çərçivəsində məruzə etmək; 
F.14.2. Bütün zəruri sənədləri tamamlamaq; 
F.14.3. Layihənin texniki tələblərinə əsasən ərazinin parametrlərinə dair məlumatları 
arxivləşdirmək; 
F.14.4. Müəssisənin texniki tələblərinə uyğun olaraq məlumatların və səndələrin 
təhlükəsizliyi və məxfiliyini qorumaq. 


“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 
16 
B.2. QİYMƏTLƏNDİRMƏ İLƏ BAĞLI RESURSLAR 
a) Material və komponentlər: layihə sxemləri, xəritələr, aerofotoşəkillər və digər məlumatlar. 
b) Alət və avadanlıqlar: kompas, lupa. 
c) İstehlak malları: karandaş, pozan, qələm. 
B.3. QİYMƏTLƏNDİRMƏ METODLARI 
Fərdin səriştəsini qiymətləndirmək məqsədilə aşağıdakı iki metoddan istifadə olunur: (i) fəaliyyətin 
qiymətləndirilməsi və (ii) yazılı test. 
B.3.1. FƏALİYYƏTİN QİYMƏTLƏNDİRİLMƏSİ 

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin