Isco 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix01.01.2022
ölçüsü0,67 Mb.
#107162
1   ...   6   7   8   9   10   11   12   13   ...   21
1222-0-00138-01 İctimaiyyətlə əlaqələr üzrə menecer

Kim ona tabedir: 

İctimaiyyətlə əlaqələr üzrə qrupun üzvləri. 

 

 

 




“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 

 

10 



A.1.4. PEŞƏ STANDARTLARI ÜÇÜN MƏSULİYYƏT VƏ MÜSTƏQİLLİK SƏVİYYƏLƏRİ 

Səviyyələr 

Məsuliyyət, fəaliyyətlərin mürəkkəbliyi və müstəqillik 

Uyğun 

gələn 

səviyyə 

Planlaşdırılmış qaydada birbaşa nəzarət altında işləmək. 

İş təkrarlanan xarakterə malikdir və mürəkkəb olmayan bir neçə funksiyanı 

əhatə edir. 

 

Nəzarət altında işləmək, kiçik səlahiyyətlərə malik olmaq. 

Təcrübə tələb edən fəaliyyətlərin yerinə yetirilməsi və əlaqələndirilməsi üçün 

məsuliyyət daşımaq. 

Öz fəaliyyətlərini planlaşdırmaq və nəticələri barədə hesabat vermək. 

Digər şəxslərlə əməkdaşlıq etmək və komandada işləmək. 

 

Əvvəlcədən məlum olan vəzifə və fəaliyyətlər çərçivəsində müstəqil 

idarəetmə və komandanın idarə edilməsini həyata keçirmək (eyni zamanda 

həm idarəetmə, həm də istehsal subyekti kimi çıxış etmək). 

İşə yanaşmasını dəyişən şəraitə uyğunlaşdırmaq və dövri problemlərin həlli 

zamanı elementar nəzəriyyələrdən istifadə etmək. 

Digər şəxslərin gündəlik işinə nəzarət etmək, əmək fəaliyyətinin 

qiymətləndirilməsi üçün məsuliyyət daşımaq və işin təkmilləşdirilməsi ilə 

bağlı təkliflər vermək. 

İşçilərə rəhbərlik etmək. 

Mürəkkəb fəaliyyətləri əlaqələndirmək və yerinə yetirmək. Ümumi 

təcrübədən istifadə etməklə xüsusi yeni fəaliyyətlər müəyyən etmək. 

 

Yeni və çox vaxt yaradıcı metodlar tələb edən məsələlərlə məşğul olmaq. 

Mürəkkəb məsələlərin həllində geniş təcrübədən istifadə etmək. 

Gözlənilməz dəyişiklik olduğu halda əmək fəaliyyətinə rəhbərlik və nəzarəti 

həyata keçirmək. 

Özü və başqaları üçün fəaliyyət meyarları hazırlamaq, onları nəzərdən 

keçirmək və təkmilləşdirmək. 

Gözlənilən və ya gözlənilməz iş rejimi şəraitində qərarların qəbul edilməsinə 

məsuliyyət daşımaq. 

Fərdlərin və qrupların peşəkar inkişafının idarə olunmasına məsuliyyət 

daşımaq. 

Fəaliyyətləri müşahidə etmək, qiymətləndirmək, müvafiq hesabatlar 

hazırlamaq və dəyişikliklər təklif etmək. 

 

A.1.5. KARYERA YÜKSƏLİŞİ VƏ SƏRBƏST MƏŞĞULLUQ İMKANLARI 



 

Təcrübə əldə etməklə rəhbər vəzifələrə yüksəlmək mümkündür. 



 

 



“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 

 

11 



A.2. ƏSAS VƏZİFƏLƏRİN (V) VƏ VƏZİFƏLƏR DAXİLİNDƏ 

FƏALİYYƏTLƏRİN (F) SİYAHISI 

V.1.   İctimaiyyətlə əlaqələr üzrə kampaniyaların həyata keçirilməsini planlaşdırmaq və hazırlamaq: 

F.1.1.   İctimaiyyətlə əlaqələr üzrə proqramları, o cümlədən xərclərin büdcəsinin 

hazırlanmasını planlaşdırmaq;  

F.1.2.   Əsas hədəf qrupları və auditoriyaları müəyyən etmək, təbliğat xarakterli məlumatları 

hazırlamaq və onlara təqdim etmək üçün uyğun üsulu müəyyən etmək;  

F.1.3.   Kampaniyanın məqsədlərini müəyyən etmək, onları rəhbərlik və digər maraqlı tərəflər 

ilə razılaşdırmaq; 

F.1.4.   İctimaiyyətlə əlaqələr üzrə proqramların cədvəlini düzgün tərtib etmək və planlara 

daxil etmək; 

F.1.5.   Hüquqi və etik məhdudiyyətlərə riayət etmək; 

F.1.6.   Vəzifə və öhdəlikləri işçi personalının digər üzvləri ilə razılaşdırmaq; 

F.1.7.   Təşviqat strategiyalarının, informasiya proqramlarının elementlərini hazırlayan və icra 

edən kənar qurumların, müəssisələrin, idarələrin fəaliyyətlərini araşdırmaq;  

F.1.8.   Bütün növ informasiya vasitələrində məhsullar, təşkilatlar və ya fərdlər ilə əlaqədar 

reklam kampaniyalarını təşkil etmək məqsədi ilə reklam agentlikləri və ya onların işçi 

personalından məsləhət almaq; 

F.1.9.   İctimaiyətlə əlaqələr üzrə digər rəhbər şəxslər ilə çalışaraq ictimai informasiya 

proqramları ilə əlaqədar siyasətlər və prosedurları hazırlamaq; 

F.1.10.   Maliyyə vəsaitlərini toplamaq üçün məqsədləri müəyyənləşdirmək, ianələrin 

toplanması və qorunması üçün siyasətləri işləyib hazırlamaq, eləcə də pul vəsaitlərinin 

ödənişini əlaqələndirmək. 

 

V.2.   İctimaiyyətlə əlaqələr üzrə kampaniyaları araşdırmaq: 



F.2.1.   Kampaniyanın planlaşdırılması ilə əlaqədar müəyyən edilmiş cari qaydalar və son 

hadisələri araşdırmaq; 

F.2.2.   Loqotip və firma nişanından istifadəni ehtiva edən şirkətin koorporativ imic və 

üslubunu hazırlamaq və dəstək göstərmək. 

 

V.3.   İctimaiyyətlə əlaqələr üzrə kampaniyaları həyata keçirmək: 



F.3.1.   İctimaiyyətlə əlaqələr üzrə kampaniyaları plana uyğun olaraq həyata keçirmək

F.3.2.   Qəlyanaltı, mətbuat konfransları, sərgilər, açıq qapı günləri və sponsorluq işləri ilə 

əlaqədar tədbirlər təşkil etmək;  

F.3.3.   Xüsusi tədbirlər, o cümlədən mədəni fəaliyyətlərin dəstəklənməsi, yeni məhsulların 

təqdim olunduğu kampaniyalar və ya KİV-lər vasitəsi ilə (birbaşa reklam etmədən) 

ictimaiyyətin diqqətini cəlb etmək üçün firmanın dəstəklədiyi digər fəaliyyətləri idarə 

etmək;  

F.3.4.   Ehtiyac yaranarsa yerli özünüidarə orqanları və bələdiyyələrin rəsmiləri, KİV 

nümayəndələri, istehlakçılar, işçilər və xüsusi maraq qrupları ilə səmərəli işgüzar 

əlaqələr qurmaq;  

F.3.5.   Müəssisənin fəaliyyəti və vəziyyəti barədə məlumat sorğularını cavablandırmaq; 

F.3.6.   Müfaviq informasiya vasitələrinin potensial səmərəsini qiymətləndirmək və kampaniya 

üzrə təbliğatı təkmilləşdirmək məqsədi ilə onlardan istifadə etmək; 

F.3.7.   Kampaniyanı hüquqi və etik normalar, həmçinin təşkilatın tələblərinə uyğun olaraq 

həyata keçirmək; 

F.3.8.   Kampaniyanın naliyyətlərini təqvim planı və xərclər üzrə tələblərə əsasən monitorinq 

etmək, müvafiq məlumatları toplamaq və ehtimal olunan dəyişiklikləri təsdiq etmək 

üçün təşkilati prosedurlara uyğun olaraq məlumat vermək;  




“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 

 

12 



F.3.9.   Kampaniyaya ediləcək hər hansı zəruri dəyişiklik ilə əlaqədar maraqlı tərəflərin 

razılığını almaq;  

F.3.10.   Kampaniyalarda edilən dəyişiklər barədə müvafiq auditoriyanı əvvəlcədən 

məlumatlandırmaq. 

 

V.4.   İnformasiya vasitələrinin təqdimatlarına kömək etmək: 



F.4.1.   İşçi heyətin informasiya vasitələri ilə qarşılıqlı əlaqəsinə dair iş yerinin siyasətlərini 

aydınlaşdırmaq;  

F.4.2.   Xəbər bülletenləri və müsahibələr üçün məlumatları təqdim etmək və ya onların 

hazırlanması üzrə tövsiyələr vermək; 

F.4.3.   Maraqlı və səmərəli xəbər bülletenlərini yazmaq, mətbuat üçün məlumatları 

hazırlamaq, eləcə də şirkətin internet səhfəsinin hazırlanmasında dəstək göstərmək. 

 

V.5.   Maraq doğuran obyekt və ya xüsusi ərazilərə səfərlər etmək: 



F.5.1.   Obyektlər, müvafiq ərazilər və ya avadanlıqların təşkilatın standartları, əməyin 

mühafizəsi və təhlükəsizlik üzrə təlimatlara uyğun olmasını təmin etmək, müsbət 

ictimai imici təşviq etmək məqsədi ilə onları nümayiş və ya səfərdən əvvəl hazırlamaq;  

F.5.2.   Təqdim olunan məlumatların doğruluğunu təmin etmək, eləcə də müzakirə olunan və 

nümayiş etdirilən obyektlər, müvafiq ərazilər və ya avadanlıqlar barədə ərtaflı məlumat 

vermək. 


 

V.6.   Təqdimat etmək: 

F.6.1.   Auditoriyanı cəlb etmək məqsədi ilə ümumi natiqlik bacarıqlardan səmərəli istifadə 

etmək; 


F.6.2.   Təqdimatı daha yaxşı etmək üçün vizual vasitələr və təqdimat üçün nəzərdə tutulan 

digər avadanlıqlardan düzgün istifadə etmək; 

F.6.3.   Fəal iştirak etmək və müvafiq halda münasibət bildirmək üçün auditoriyanı 

həvəsləndirmək; 

F.6.4.   Təqdimatı tələb olunan vaxt çərçivəsində başa çatdırmaq və digər işçilər ilə 

qiymətləndirmək. 

 

V.7.   İnformasiya vasitələri və maraqlı tərəflərə məlumat vermək: 



F.7.1.   Zəruri məsələlər ilə əlaqədar və böhran zamanı şirkət və ya təşkilat adından cavab 

vermək; 


F.7.2.   Jurnalistlər ilə müsahibələr təşkil etmək, eləcə də informasiya vasitələrinə bəyanatlar 

vermək;  

F.7.3.   İctimai qurumlar, informasiya vasitələri və digər təşkilatlardan daxil olan sorğuları 

cavablandırmaq; 

F.7.4.   Şirkətin rəhbər şəxslərinin çıxışlarını hazırlamaq, eləcə də onlar üçün müsahibələr və 

digər ünsiyyət formalarını planlaşdırmaq. 

 

V.8.   Müxtəlif materialları hazırlamaq: 



F.8.1.   Filmlər və digər video məhsulları hazırlamaq, onların paylanmasını tənzimləmək və 

filmotekanı idarə etmək; 

F.8.2.   Şirkətdaxili əlaqələrin qurulması üzrə kurslar, seminarlar və informasiya vasitələri üzrə 

təlimlər keçirmək;  

F.8.3.   İnformasiya bülletenləri, şirkət daxili jurnallar, kiçik kitabçalar, broşurlar, internet 

səhifələri, bloqlar, forumlar və s. yazmaq, redaktə etmək və hazırlanmasını təşkil etmək. 

 

V.9.   Digər aidiyyəti vəzifələri yerinə yetirmək: 



F.9.1.   İctimaiətlə əlaqələr üzrə büdcələri idarə etmək; 

F.9.2.   İctimaiyyətlə əlaqələr üzrə personalı təyin etmək, onlara nəzarət etmək və 

fəaliyyətlərini nəzərdən keçirmək;  



“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 

 

13 



F.9.3.   Şirkətin əməkdaşlarının müəssisə haqqında fikirlərini mütəmadi olaraq araşdırmaq və 

lazımi şəxslərin diqqətinə çatdırmaq; 

F.9.4.   Müəssisə əməkdaşlarının kollektiv iş ruhunun qorunması üçün lazımi fəaliyyəti idarə 

etmək; 


F.9.5.   Şirkətin fəaliyyətləri barədə işçiləri məlumatlı saxlamaq məqsədi ilə şirkətdaxili 

əlaqələri inkişaf etdirmək üçün əmək münasibətləri üzrə menecerlər ilə 

məsləhətləşmələr aparmaq;  

F.9.6.   Marketinq şöbəsi ilə yaxından əməkdaşlıq etmək. 

 

V.10.   İctimaiyyətlə əlaqələr üzrə proqramları nəzərdən keçirmək və qiymətləndirmək: 



F.10.1.   Kampaniyanın planlarında onların səmərəliliyini monitorinq etmək, nəzərdən 

keçirmək və qiymətlənidirmək üsullarının olmasını təmin etmək; 

F.10.2.   Reklam və təşviqat proqramlarının ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətlərə uyğun 

olmasını təmin etmək; 

F.10.3.   Şirkətin öz fəaliyyətinə aid işlərin arxiv sənədlərinin qeydiyyatını aparmaq. 

 

V.11.   Məlumat vermək: 



F.11.1.   Təşkilati sənədlər, o cümlədən illik hesabatlar, korporativ qısa arayışlar və 

təqdimatların hazırlanmasına kömək etmək; 

F.11.2.   İşəgötürənlər ilə əlaqədar sosial, iqtisadi və siyasi tendensiyalara nəzarət etmək, bu 

barədə məlumat vermək; 

F.11.3.   Kampaniyanın nəticələri barədə müvafiq daxili və ya xarici maraqlı tərəflərə məlumat 

vermək;  

F.11.4.   Müvafiq sahə ilə əlaqədar təhlillər aparmaq üçün hesabatlar hazırlamaq; 

F.11.5.   Medianı mütəmadi olaraq izləmək və şirkətin fəaliyyət sferasına aid olan məlumatlar 

haqqında rəhbərliyə və digər aidiyyatı qurumlara məlumat vermək. 

V.0. 


 

A.3. SƏRİŞTƏLƏR HAQQINDA 

Fərdin  "ictimaiyyətlə  əlaqələr  üzrə  menecer"  peşə  standartı  üzrə  vəzifə  və  fəaliyyətləri  həyata 

keçirməsi üçün zəruri olan əsas səriştələr "ictimaiyyətlə əlaqələr üzrə menecer" peşəsi üzrə müvafiq 

təlim  standartında  göstərilmişdir  (formal,  qeyri-formal  və  informal  təlimlər  vasitəsilə  əldə  olunan 

bilik, bacarıq, yanaşma və davranış). 

 

A.4. QİYMƏTLƏNDİRMƏLƏR HAQQINDA 



Bu peşədə fərdin fəaliyyətinin qiymətləndirilməsi prosesi "ictimaiyyətlə əlaqələr üzrə menecer" peşəsi 

üzrə  müvafiq  peşə  standartının  qiymətləndirilməsində  öz  əksini  tapır.  Fərdin  sistemli 

qiymətləndirilmələr  vasitəsilə  qiymətləndirilməsi  işəgötürənə  müxtəlif  məqsədlər  (yəni  işəgötürmə, 

karyerada  irəli  çəkmə,  heyətin  qiymətləndirilməsi,  təlim  ehtiyaclarının  qiymətləndirilməsi) 

baxımından faydalı ola bilər. 



“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 

 

14 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin