“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
27
Əsas vəzifələrin (V) və vəzifələr daxilində fəaliyyətlərin (F) siyahısı
1
V.1. İctimaiyyətlə əlaqələr üzrə kampaniyaların həyata keçirilməsini planlaşdırmaq və hazırlamaq:
F.1.1. İctimaiyyətlə əlaqələr üzrə proqramları, o cümlədən xərclərin büdcəsinin
hazırlanmasını planlaşdırmaq;
F.1.2. Əsas hədəf qrupları və auditoriyaları müəyyən etmək, təbliğat xarakterli məlumatları
hazırlamaq və onlara təqdim etmək üçün uyğun üsulu müəyyən etmək;
F.1.3. Kampaniyanın məqsədlərini müəyyən etmək, onları rəhbərlik və digər maraqlı tərəflər
ilə razılaşdırmaq;
F.1.4. İctimaiyyətlə əlaqələr üzrə proqramların cədvəlini düzgün tərtib etmək və planlara
daxil etmək;
F.1.5. Hüquqi və etik məhdudiyyətlərə riayət etmək;
F.1.6. Vəzifə və öhdəlikləri işçi personalının digər üzvləri ilə razılaşdırmaq;
F.1.7. Təşviqat strategiyalarının, informasiya proqramlarının elementlərini hazırlayan və icra
edən kənar qurumların, müəssisələrin, idarələrin fəaliyyətlərini araşdırmaq;
F.1.8. Bütün növ informasiya vasitələrində məhsullar, təşkilatlar və ya fərdlər ilə əlaqədar
reklam kampaniyalarını təşkil etmək məqsədi ilə reklam agentlikləri və ya onların işçi
personalından məsləhət almaq;
F.1.9. İctimaiyətlə əlaqələr üzrə digər rəhbər şəxslər ilə çalışaraq ictimai informasiya
proqramları ilə əlaqədar siyasətlər və prosedurları hazırlamaq;
F.1.10. Maliyyə vəsaitlərini toplamaq üçün məqsədləri müəyyənləşdirmək, ianələrin
toplanması və qorunması üçün siyasətləri işləyib hazırlamaq, eləcə də pul vəsaitlərinin
ödənişini əlaqələndirmək.
V.2. İctimaiyyətlə əlaqələr üzrə kampaniyaları araşdırmaq:
F.2.1. Kampaniyanın planlaşdırılması ilə əlaqədar müəyyən edilmiş cari qaydalar və son
hadisələri araşdırmaq;
F.2.2. Loqotip və firma nişanından istifadəni ehtiva edən şirkətin koorporativ imic və
üslubunu hazırlamaq və dəstək göstərmək.
V.3. İctimaiyyətlə əlaqələr üzrə kampaniyaları həyata keçirmək:
F.3.1. İctimaiyyətlə əlaqələr üzrə kampaniyaları plana uyğun olaraq həyata
keçirmək;
F.3.2. Qəlyanaltı, mətbuat konfransları, sərgilər, açıq qapı günləri və sponsorluq işləri ilə
əlaqədar tədbirlər təşkil etmək;
F.3.3. Xüsusi tədbirlər, o cümlədən mədəni fəaliyyətlərin dəstəklənməsi, yeni məhsulların
təqdim olunduğu kampaniyalar və ya KİV-lər vasitəsi ilə (birbaşa reklam etmədən)
ictimaiyyətin diqqətini cəlb etmək üçün firmanın dəstəklədiyi digər fəaliyyətləri idarə
etmək;
F.3.4. Ehtiyac yaranarsa yerli özünüidarə orqanları və bələdiyyələrin rəsmiləri, KİV
nümayəndələri, istehlakçılar, işçilər və xüsusi maraq qrupları ilə səmərəli işgüzar
əlaqələr qurmaq;
F.3.5. Müəssisənin fəaliyyəti və vəziyyəti barədə məlumat sorğularını cavablandırmaq;
F.3.6. Müfaviq informasiya vasitələrinin potensial səmərəsini qiymətləndirmək və kampaniya
üzrə təbliğatı təkmilləşdirmək məqsədi ilə onlardan istifadə etmək;
F.3.7. Kampaniyanı hüquqi və etik normalar, həmçinin təşkilatın tələblərinə uyğun olaraq
həyata keçirmək;
F.3.8. Kampaniyanın naliyyətlərini təqvim planı və xərclər üzrə tələblərə əsasən monitorinq
etmək, müvafiq məlumatları toplamaq və ehtimal olunan dəyişiklikləri təsdiq etmək
üçün təşkilati prosedurlara uyğun olaraq məlumat vermək;
1
Müvafiq sahə üçün olan peşə standartındakı ilə eynidir.
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
28
F.3.9. Kampaniyaya ediləcək hər hansı zəruri dəyişiklik ilə əlaqədar maraqlı tərəflərin
razılığını almaq;
F.3.10. Kampaniyalarda edilən dəyişiklər barədə müvafiq auditoriyanı əvvəlcədən
məlumatlandırmaq.
V.4. İnformasiya vasitələrinin təqdimatlarına kömək etmək:
F.4.1. İşçi heyətin informasiya vasitələri ilə qarşılıqlı əlaqəsinə dair iş yerinin siyasətlərini
aydınlaşdırmaq;
F.4.2. Xəbər bülletenləri və müsahibələr üçün məlumatları təqdim etmək və ya onların
hazırlanması üzrə tövsiyələr vermək;
F.4.3. Maraqlı və səmərəli xəbər bülletenlərini yazmaq, mətbuat üçün məlumatları
hazırlamaq, eləcə də şirkətin internet səhfəsinin hazırlanmasında dəstək göstərmək.
V.5. Maraq doğuran obyekt və ya xüsusi ərazilərə səfərlər etmək:
F.5.1.
Obyektlər, müvafiq ərazilər və ya avadanlıqların təşkilatın standartları, əməyin
mühafizəsi və təhlükəsizlik üzrə təlimatlara uyğun olmasını təmin etmək, müsbət
ictimai imici təşviq etmək məqsədi ilə onları nümayiş və ya səfərdən əvvəl hazırlamaq;
F.5.2. Təqdim olunan məlumatların doğruluğunu təmin etmək, eləcə də müzakirə olunan və
nümayiş etdirilən obyektlər, müvafiq ərazilər və ya avadanlıqlar barədə ərtaflı məlumat
vermək.
V.6. Təqdimat etmək:
F.6.1. Auditoriyanı cəlb etmək məqsədi ilə ümumi natiqlik bacarıqlardan səmərəli istifadə
etmək;
F.6.2. Təqdimatı daha yaxşı etmək üçün vizual vasitələr və təqdimat üçün nəzərdə tutulan
digər avadanlıqlardan düzgün istifadə etmək;
F.6.3. Fəal iştirak etmək və müvafiq halda münasibət bildirmək üçün auditoriyanı
həvəsləndirmək;
F.6.4. Təqdimatı tələb olunan vaxt çərçivəsində başa çatdırmaq və digər işçilər ilə
qiymətləndirmək.
V.7. İnformasiya vasitələri və maraqlı tərəflərə məlumat vermək:
F.7.1. Zəruri məsələlər ilə əlaqədar və böhran zamanı şirkət və ya təşkilat adından cavab
vermək;
F.7.2. Jurnalistlər ilə müsahibələr təşkil etmək, eləcə də informasiya
vasitələrinə bəyanatlar
vermək;
F.7.3. İctimai qurumlar, informasiya vasitələri və digər təşkilatlardan daxil olan sorğuları
cavablandırmaq;
F.7.4. Şirkətin rəhbər şəxslərinin çıxışlarını hazırlamaq, eləcə də onlar üçün müsahibələr və
digər ünsiyyət formalarını planlaşdırmaq.
V.8. Müxtəlif materialları hazırlamaq:
F.8.1. Filmlər və digər video məhsulları hazırlamaq, onların paylanmasını tənzimləmək və
filmotekanı idarə etmək;
F.8.2. Şirkətdaxili əlaqələrin qurulması üzrə kurslar, seminarlar və informasiya vasitələri üzrə
təlimlər keçirmək;
F.8.3. İnformasiya bülletenləri, şirkət daxili jurnallar, kiçik kitabçalar, broşurlar, internet
səhifələri, bloqlar, forumlar və s. yazmaq, redaktə etmək və hazırlanmasını təşkil etmək.
V.9. Digər aidiyyəti vəzifələri yerinə yetirmək:
F.9.1. İctimaiətlə əlaqələr üzrə büdcələri idarə etmək;
F.9.2. İctimaiyyətlə əlaqələr üzrə personalı təyin etmək, onlara nəzarət etmək və
fəaliyyətlərini nəzərdən keçirmək;
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
29
F.9.3. Şirkətin əməkdaşlarının müəssisə haqqında fikirlərini mütəmadi olaraq araşdırmaq və
lazımi şəxslərin diqqətinə çatdırmaq;
F.9.4. Müəssisə əməkdaşlarının kollektiv iş ruhunun qorunması üçün lazımi fəaliyyəti idarə
etmək;
F.9.5. Şirkətin fəaliyyətləri barədə işçiləri məlumatlı saxlamaq məqsədi ilə şirkətdaxili
əlaqələri inkişaf etdirmək üçün əmək münasibətləri üzrə menecerlər ilə
məsləhətləşmələr aparmaq;
F.9.6. Marketinq şöbəsi ilə yaxından əməkdaşlıq etmək.
V.10. İctimaiyyətlə əlaqələr üzrə proqramları nəzərdən keçirmək və qiymətləndirmək:
F.10.1. Kampaniyanın planlarında onların səmərəliliyini monitorinq etmək, nəzərdən
keçirmək və qiymətlənidirmək üsullarının olmasını təmin etmək;
F.10.2. Reklam və təşviqat proqramlarının ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətlərə uyğun
olmasını təmin etmək;
F.10.3. Şirkətin öz fəaliyyətinə aid işlərin arxiv sənədlərinin qeydiyyatını aparmaq.
V.11. Məlumat vermək:
F.11.1.
Təşkilati sənədlər, o cümlədən illik hesabatlar, korporativ qısa arayışlar və
təqdimatların hazırlanmasına kömək etmək;
F.11.2. İşəgötürənlər ilə əlaqədar sosial, iqtisadi və siyasi tendensiyalara nəzarət etmək, bu
barədə məlumat vermək;
F.11.3. Kampaniyanın nəticələri barədə müvafiq daxili və ya xarici maraqlı tərəflərə məlumat
vermək;
F.11.4. Müvafiq sahə ilə əlaqədar təhlillər aparmaq üçün hesabatlar hazırlamaq;
F.11.5. Medianı mütəmadi olaraq izləmək və şirkətin fəaliyyət sferasına aid olan məlumatlar
haqqında rəhbərliyə və digər aidiyyatı qurumlara məlumat vermək.
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
30
C.2. TƏLİM İLƏ BAĞLI XÜSUSİ MƏLUMAT
C.2.1. TƏLİMİN NÖVLƏRİ
Bu peşə üçün zəruri səriştələr aşağıda göstərilən təlim metodları vasitəsilə əldə edilə bilər:
Dostları ilə paylaş: