İşığın maddə ilə qarşılıqlı təsiri. Fotoelektrik effekti. Fotoeffektin növləri. Stoletov qanunları. Fotoelektrik hadisəsinin klassik izahı. Fotoeffekt



Yüklə 229,52 Kb.
səhifə1/3
tarix30.10.2022
ölçüsü229,52 Kb.
#118796
  1   2   3
İşığın maddə ilə qarşılıqlı təsiri


İşığın maddə ilə qarşılıqlı təsiri. Fotoelektrik effekti. Fotoeffektin növləri. Stoletov qanunları. Fotoelektrik hadisəsinin klassik izahı.

Fotoeffekt
Fotoeffekti Xarici, daxili və ventil fotoeffekti kimi növlərə ayırırlar.
Daxili fotoeffekt – elektromaqnit şüalarının təsiri nəticəsində yarımkeçirici və ya dielektrik daxilində elektronların bağlı haldan sərbəst hala keçməsidir.Bu səbəbdən cisim daxilində yükdaşıyıcıların konsentrasiyası artır və fotokeçiriciliyin və ya foto –e.h.q. –nin yaranmasına səbəb olur.
Ventil fotoeffekti — iki yarlmkeçirici və ya yarımkeçirici-dielektrik kontaktının (xarici elektrik sahəsi olmadan) işıqlanması zamanı e.h.q.-nin yaranmasıdır. Bu səbəbdən günəş enerisinin elektrik enerisinə çevirmək imkanı yaranır.
Xarici fotoelektrik effekti (fotoeffekt)- elektromaqnit şüalarının təsiri nəticəsində maddənin elektron buraxmasına deyilir. Bərk cisimlərdə (metallalarda, yarımkeçiricilərdə. Dielektriklərdə), eyni zamanda qazlarda ayrıca atom və molekullarda (fotoionizasiya) müşahidə olunur. 1887 –ci ildə ilk dəfə H.Hers tərəfindən müşühidə edilmişdir.
Hers (1887-ci ildə) gərginlik altında olan elektrodları ultrabənövşəyi şüalarla şüalandıraraq boşalma prosesinin sürətləndiyini müşahidə etmişdir.

Stoletov bu hadisəni təhlil edərək (1888-1890) prinsipial əhəmiyyətli nəticələr almışdır. O, əvvəlki tədqiqatçılardan fərqli olaraq elektrodlar ara- sındakı gərginliyi kiçik götürmüşdür. Stoletov təcrübəsinin sxemi şəkil 1- də göstərilmişdir. Biri tor, digəri isə müstəvi şəkilli iki elektrod batareyaya birləşdirilmişdir. Qurğu bütövlükdə vakuumda yerləşdirilir. Yaranan cərəyan şiddətini ölçmək üçün dövrəyə ampermetr birləşdirilir. Stoletov katodu müxtəlif uzunluqlu dalğalarla şüalandıraraq ultrabənövşəyi şüaların ən çox təsir göstərdiyini müəyyən etmişdir. O, həmçinin işığın təsiri ilə yaranan cərəyan şiddətinin işığın intensivliyi ilə düz mütənasib olması nəticəsinə də gəlmişdir.
Şəkil 1. Stoletov təcrübəsinin sxemi

1898 –ci ildə C.C.Tomson buraxılan hissəciklərin elektrik və maqnit sahələrində meylinə görə onların xüsusi yükünü ölçdü və gördü ki alınan qiymət elektronun xüsusi yükünə bərabərdir. Deməli işığın təsiri ilə katotdan qopan zərrəciklər elektronlardır. Bu hadisə fotoelektrik hadisəsi və yaxud sadəcə fotoeffekt adlandırılmışdır.


Alınan təcrübi nəticələrin ümumiləşdirilməsi nəticəsində fotoeffektin aşağdakı qanunları müəyyən olunmuşdur.



Yüklə 229,52 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin