nümunə
_____________________________________________
məhkəmənin adı
İddiaçı_________________________________________________
MPM-nin 149.2.2-ci mad. iddiaçı barədə göstərilən məlumatlar
Cavabdeh_____________________________________________
MPM-nin 149.2.2-ci mad. cavabdeh barədə göstərilən məlumatlar
İddianın qiyməti____________________________________________
(məbləğ manatla,əgər iddia qiymətləndirilməlidirsə)
İşgötürənin xeyrinə işçidən borcun tutulması haqqında
İDDİA ƏRİZƏSİ
“___”_______20_ci il tarixdən cavabdeh ____________(işəgötürənin adı)______vəzifəsində (peşəsində) işləyirdi və _________ (əmək funksiyasını,görülən işin xarakterini göstərmək) işini görürdü.
____№li,”__”______20_ci il tarixli əmrə əsasən cavabdeh tutduğu vəzifədən__________(AR Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad etməklə əmrin tərtib olunmasına uyğun olaraq əmək müqaviləsinin ləğv olunması əsasları) səbəbə görə _______(azad olma vaxtını göstərmək) azad olunmuşdur.
Cavabdehin______________(borcun yaranma şəraitini və yaranma səbəblərini şərh etmək- əmək haqqı hesabına verilmiş avans,mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər , müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu və s.-bax.AR Əmək Məcəlləsi mad.175) səbəbindən yaranmış borcu vardır.
Cavabdehin borcunun ümumi miqdarı_____manat təşkil edir.Borcun hesabatı əlavə olunur.
Borcun əmələ gəlməsi_________(sənədlərə istinad etmək və s. sübutları gətirmək, məsələn,kassa məxaric orderi,avans hesabatı,ezamiyyə vəsiqəsi,ödəniş cədvəli və s.) təsdiq olunur .
Mübahisəsiz borcun tutulması mümkün olmamışdır çünki,________(səbəbləri şərh etmək).
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092-ci maddələrinə əsasən,
xahiş edirəm:
_______________(işəgötürənin adı) xeyrinə cavabdeh______________(cavabdehin S.A.A.)ümumilikdə____manat məbləğində borc (vəsait) tutulsun.
Qoşma:
1. Cavabdehin işə qəbul olunması haqqında əmrin surəti (əmirdən çıxarış) _____ vərəqə
2. Cavabdehin işdən azad olunması haqqında əmrin surəti (əmirdən çıxarış) _____ vərəqə
3.Borcun əmələ gələməsini təsdiq edən sübutlar___vərəqə
4.İddia ərizəsinin surəti.
Ərizənin verilmə tarixi: “____”_________20__ci il
İddiaçının imzası
Dostları ilə paylaş: |