İŞGÜzar üNSİYYƏT


İşgüzar ünsiyyətin idarə edilməsi



Yüklə 32,14 Kb.
səhifə3/5
tarix26.11.2023
ölçüsü32,14 Kb.
#136533
1   2   3   4   5
İŞGÜZAR ÜNSİYYƏT

İşgüzar ünsiyyətin idarə edilməsi
İşgüzar ünsiyyətin idarə edilməsi insanlann qarşılıqlı fəaliyyətinin idarə edilməsinin çoxsaylı forma və metodlardır. Ünsiyyət zamanı, ən azı, iki şəxsiyyətin qarşılıqlı təsiri baş ve­
rir; ünsiyyət müstəqil insan fəaliyyətinin bir növü və fəaliyyətin 
digər növlərinin bir atributudur.
İşgüzar ünsiyyət təkcə işçinin formalaşması və təkmilləşməsinin 
yox, həm də onun mənəvi və fiziki sağlamlığının mühüm amilidir.
Bundan başqa, ünsiyyət-başqa insanları, onların daxili aləmini 
dərk etməyin universal üsuludur. İşgüzar ünsiyyət sayəsində işçi 
özünün təkrar olunmaz şəxsi-işgüzar xassələrini formalaşdırır.
İşgüzar ünsiyyət müxtəlif vəzifələri yerinə yetirir. Onlardan 
başlıcaları aşağıdakılardır:
• Qarşılıqlı fəaliyyətin təşkili;
• Şəxsiyyətlərarası münasibətlərin formalaşdırılması və inki­
şaf etdirilməsi;
• İnsanlann bir-birini dərk etməsi.
Bütün bunlar ünsiyyətin kommunikativ texnikası olmadan hə­
yata keçirilə bilməz. Ona yiyələnmə səviyyəsi işçinin peşəyə ya- 
rarlılığının ən başlıca göstəricisidir.
Başqa sözlə, peşəkar işçi aşağıdakıları bacarmalıdır:
• Ünsiyyətin məqsəd və vəzifələrini ifadə etməyi;
• Ünsiyyəti təşkil etməyi;
• Şikayət və ərizələri araşdırmağı;
• Ünsiyyətin bacarıq və üsullarına, taktika və strategiyasına 
yiyələnməyi;
• Danışıqlar aparmağı, işgüzar müşavirəni idarə etməyi;
• Münaqişələrin qarşısını almağı və onları həll etməyi;
• Sübut etməyi və əsaslandırmağı, dəlillər göstərməyi və inan­
dırmağı, razılıq əldə etməyi, söhbət, diskussiya, dialoq, mübahisə 
aparmağı;
• Psixoterapiya həyata keçirməyi, həmsöhbətindəki stressləri, 
qorxu hissini aradan qaldırmağı, onun davranışını idarə etməyi.
Ünsiyyətin idarə edilməsinin sosial-psixoloji metodları möv­
cuddur: yoluxdurma, təlqinetmə, təqlidetmə, inandırma, dəb, 
məcburetmə.
Yoluxdurma - şəxsiyyət tərəfindən müəyyən psixoloji vəziyyə­
tin təbii şəkildə və qeyri-iradi qəbul edilməsidir.

Yüklə 32,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin