İŞGÜzar üNSİYYƏT



Yüklə 32,14 Kb.
səhifə4/5
tarix26.11.2023
ölçüsü32,14 Kb.
#136533
1   2   3   4   5
İŞGÜZAR ÜNSİYYƏT

Təlqinetmə - bir subyektin başqasına fəal surətdə təsir 
göstərməsidir. Təlqinetmə təlqin mənbəyinin nüfuzlu olması, həmin 
mənbəyə inamın güclülüyü və təlqinedici təsirə müqavimətin ol­
maması şəraitində baş verir.
Təqlidetmə- bir insan tərəfindən başqa insanın müəyyən davra­
nış nümunəsinin, damşıq tərzinin və s. təqlid edilməsidir. Təqlidin 
ən kütləvi təzahürü dəbə uyğunlaşma, xüsusilə, geyim, danışıq 
tərzinin düşünmədən təkrarlanması və özünü cəmiyyətin pərəstiş 
etdiyi ən m üxtəlif insanlar kimi aparmaqdır.
İnandırma - bir insanın dünyagörüşünün başqa birisinin ba­
xışlar sisteminə köçürmək üçün edilən məqsədyönlü təsir olub, 
şəxsiyyətin şüur sahəsinə təsirin əsas üsuludur. Onun məqsədi in­
formasiyanın mənimsənilməsi zamanı şəxsiyyyətin təfəkkürünü 
fəallaşdırmaq, inamım formalaşdırmaqdır.

İnandırma metodu həm adi, həm də nəzəri təfəkkürə təsir gös­


tərir. Adi təfəkkür səviyyəsində bu təsir nəticəsində anlama yaranır. 
Bu təfəkkür formasında nə haqdasa anlayışlar, ötürülən informa­
siyaya inam mövcuddur. Bütün bunlar sadə-dərketmə xarakterinə 
malikdir.
Yalnız şəxsiyyət adi dərketmə sərhədlərini aşaraq, hansısa 
hadisənin əsaslı, məzmunlu dərk edilməsi səviyyəsinə yüksəldikdə, 
onun şüurunda inamlar, yəni şəxsi mövqe yaranır.
İnandırma insanlara təsir göstərmənin metodu kimi nadir hal­
larda ayrıca tətbiq olur. O, daim təqlid və təlqinetmə ilə qarşılıq­
lı fəaliyyət göstərir. Bu anlayışlar arasında fərq ondan ibarətdir 
ki, inandırma insanların onlara ünvanlanan informasiyanı şüurlu 
surətdə dərk etməsini, təqlid və təlqinetmə isə onların bu informa­
siyanı düşünmədən, yalnız onu ötürən insanın nüfuzuna, auditori­
yanın əhval-ruhiyyəsinə əsaslanaraq, yaxud ictimai fikrin təzyiqi, 
şəxsi dəyərlər sistemi əsasında qəbul etməsini nəzərdə tutur.
Bu cür psixoloji təsiri mühazirə dinləyərkən, kütləvi teatr, id­
man tədbirləri keçirilərkən müşahidə etmək mümkündür. Təqlid 
və təlqinin yüksək nəticələrə malik olmasını göstərən ən parlaq 
nümunələr dəb və şayələrdir.
Təlqinetmə daha mürəkkəb metoddur. Bu, insanın iradəsinin 
ziddinə onun söz, yaxud digər bir vasitə ilə lazım olan psixoloji 
vəziyyətə (əhval-ruhiyyə, təəssürat, fəaliyyət) gətirilməsidir.
Təlqinetmənin təqlidetmədən fərqi ondan ibarətdir ki, təqlidetmə 
zamanı məqsədə nail olma informasiya mənbəyinin əyaniliyi, yaxud 
ondan gələn informasiyanın yüksək cazibədarlığı ilə əldə olunur. Bu­
rada obraz ( daha dəqiqi - obyekt) informasiyanın dərk edilməsində 
əsas rol oynayır. Təlqinetmə zamanı isə məqsədə çatma bilavasitə 
emosional təsirlə müəyyən edilir ki, onun da əsas qüvvəsi sözdür.

Yüklə 32,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin