İŞİD-lə üz-üzə


Üçüncü fəsil Təll-Şüğeyb



Yüklə 346,24 Kb.
səhifə10/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   ...   6   7   8   9   10   11   12   13   ...   55

Üçüncü fəsil

Təll-Şüğeyb


Hələbin hava limanı zülmət qaranlıq idi. Təyyarədən enəndən sonra bir nəfər fənərlə qabağa düşüb bizi bir zirzəmiyə apardı və dedi ki, buradan bayıra çıxmayın.

Məhərrəmlik idi. Şam yeməyindən sonra məddahımız Yasir Cəfəri bir neçə beyt rövzə oxudu, suriyalı uşaqlardan biri mobil telefonu ilə əzadarlığımızın videosunu çəkdi. İki-üç saatdan sonra Dəməşqdə qalmış digər uşaqlar Nəqəvi adlı bir nəfərlə bizə qoşuldular. Nəqəvi dedi: “Mən Əbu Hamidin nümayəndəsi və sizin komandirinizəm”.

O zaman döyüş təcrübəmiz olmadığına görə Əbu Hamid israr edirdi ki, biz 72 nəfər Hələbə getməyək, Dəməşqdə qalıb təlim keçək. Ancaq Hələbdəki Həzrət Rüqəyyə qərargahı canlı qüvvə çatışmazlığına görə etiraz etmiş və Əbu Hamidin yalnız nümayəndəsinin bizimlə görüşməsinə icazə vermişdi.

Ertəsi gün səhər çağı avtobusa minib Təll-Şüğeyb adlı bölgəyə getdik. Hava limanından təxminən 15 dəqiqəlik məsafədə yerləşirdi. Hələb şəhərinin yarısı işğal olunmuşdu, Həzrət Rüqəyyə qərargahı canlı qüvvə və digər imkanlar baxımından çətin durumda idi. Onlar Suriya polislərindən də istifadə etməyə məcbur qalmışdılar.

O zaman əl-Nüsrə cəbhəsi, Əhrar əl-Şam və Ceyş əl-hürr kimi müxtəlif silahlı qruplaşmalar yaradılmışdı, əksəri ixvançı görüşlərə sahib idi. Onların döyüş imkanları az, amma sayları bizdən olduqca çox idi.

Təll-Şüğeyb kəndinin yaxınlığında yerləşən əl-Səfirə şəhərinin bir hissəsində çox qızğın döyüş gedirdi. Buna görə də, Təll-Şüğeyb kəndinin əhalisi başqa bölgələrə qaçmışdı. Kənddə Nübl və əl-Zəhra qəsəbələrindən olan döyüşçülər qalırdılar. Onlar bizi qarşılamağa gəldilər. O qədər şəhid vermiş və yaralanmışdılar ki, sayları azalmışdı, bizi görüb çox sevinirdilər. Qaldığımız evin həyətində ocaq yandırdılar, ətrafında oturub qəhvə içdik, səhərədək deyib-güldük. Bir-birimizin dilini anlamasaq da işarə ilə danışırdıq. Mən ərəbcə ləhcəsiz, kitab dili ilə danışırdım. Nübl və əl-Zəhra uşaqları, “Niyə Quran oxuyurmuş kimi danışırsan” deyirdilər və hamımız gülüşürdük.

Ertəsi gün səhər çağı Həzrət Rüqəyyə qərargahının komandiri bizi görməyə gəldi və Zülfüqar adlı bir livanlını qrupumuza komandir təyin etdi. Nəqəvi ilə uşaqların ikisi Əbu Hamidlə telefonla danışıb bu şəraitdə nə etməli olduğumuzu soruşdular. Əbu Hamid hələ də düşünürdü ki, biz Dəməşqə qayıtmalıyıq. Mən o vaxta qədər Əbu Hamidi görmədiyimdən və fikirləri ilə tanış olmadığımdan Nəqəviyə deyirdim: “Nə üçün Əbu Hamidə bu qədər zəng vurursuz? Məgər Dəməşqə getməsək, nə olar? Biz cihad üçün gəlmişik, nə fərqi var ki, Hələbdə olaq, ya Dəməşqdə; komandirimiz iranlı olsun, yoxsa livanlı?”

Axırda Əbu Hamidlə Həzrət Rüqəyyə qərargahı arasında yaranmış fikir ayrılığına görə Nəqəvidən üzr istəyib onu Dəməşqə qaytardılar, öz qrupumuzdan bir nəfəri də Nəqəvinin müavini seçdilər. Xuzistanlı idi, ərəbcə çox səlis danışırdı. Onu “Nasir” çağırırdıq. Saxta Əfqanıstan pasportu düzəldib qrupumuza qoşulmuşdu. Çünki o zaman iranlılara Suriyaya getməyə icazə vermirdilər.





Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin