Qürub çağı yolun isti nəfəsində gəzəcəyəm,
Piyada gəlmişəm, piyada da gedəcəyəm.
Bütün üfüq əlimdən əziyyətə düşübdür,
Məni görən hər bir kəs keçər ikən görübdür.
Necə qayıtmayım?! Səngərlərim ordadır!
Necə axı?! Məzarında qardaşlarım ordadır.
Necə qayıtmayım ki, məscid də “Gəl” söyləyir,
Başımdan öpmək üçün xəncər məni gözləyir.
Əbu Hamid bizə dedi ki, işlərimizin ardınca gedək. Özü isə İran səfirliyinə getdi və yeni bir maşınla qayıtdı.
Həmin axşam bir iclas keçirildi və Əbu Hamid Baş qərargahdan aldığı yeni hökmü oxudu. Baş qərargah ona Fatimiyyun briqadasını yaratmağı və ona rəhbərlik etməyi tapşırmışdı. Bir neçə günlük narahatlıqdan sonra uşaqların üzündə sevinc göründü. Əbu Hamid Fatehi soruşdu. Fateh qayıdanda icazəsiz getdiyinə görə onu bir neçə günlük cəza kamerasına yolladı. Daimi təbəssümü üzünə qayıtmış Fateh də məmnuniyyətlə razılaşdı.
Dostları ilə paylaş: |