İŞİD-lə üz-üzə


On üçüncü fəsil Murik Zəfəri



Yüklə 346,24 Kb.
səhifə21/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   ...   17   18   19   20   21   22   23   24   ...   55

On üçüncü fəsil

Murik Zəfəri


Əbu Hamid Seyid İbrahimi Həmaya göndərmək qərarına gəlmişdi. Çünki qərargahın xüsusi idarəsi onu axtarırdı. Özlərini əfqanıstanlı kimi qələmə verib Suriyaya gəlmiş iranlıları geri qaytarırdılar. Kod adı Seyid İbrahim olan Mustafa Sədrzadə də onlardan idi və o vaxta qədər gizlənə bilmişdi. O, əməliyyat komandiri kimi Həmaya gələndə düşərgənin ab-havası dəyişdi, uşaqlar arasında çox yüksək əhval-ruhiyyə yarandı. O, gecə-gündüz uşaqlara təlim keçir, deyirdi: “Əgər yorğunsansa, de: “Ya Əli!” Uşaqların möhkəm “Ya Əli” səsi düşərgənin ərazisində ümid dolu əks-səda verirdi.

Biz Murik əməliyyatında öz israrımızla iştirak edirdik. Seyid Həkim Suriya ordusunun komandirinə demişdi ki, biz mütləq bu əməliyyatda iştirak etmək istəyirik.

Əməliyyat günü səhər çağından ordu bölgəni vururdu. Günortadan sonra hücum nöqtəsinə gedib evlərə yerləşdik. Əli Şarji Suriya ordusundan da qabaq tankla şəhərə girdi. Biz şəhərə girəndən sonra silahlılar çox da müqavimət göstərmədilər, şəhəri saxlaya bilməyəcəklərini görüb geri çəkildilər. Səhərin ala-toranlığında Murikin azad olunduğunu elan etdilər və döyüşçülər küçə-küçə təmizləmə əməliyyatına başladılar.

Ertəsi gün şəhərin müxtəlif yerlərindən tüstü qalxırdı. Elə bildim ki, silahlılar əks-hücuma keçiblər. Ancaq yaxınlaşanda gördüm ki, Suriya ordusunun hərbçiləri elektrik kabellərini qoparıblar, mislərini satmaq üçün yandırırlar. Sonralar bildim ki, azad olunmuş hər bir bölgədə belə şeyləri satıb aralarında bölürlər.

Bir gün ötdü. Fatimiyyunun yerləşməsi üçün şəhərdə bir bina seçdik. Ancaq bir qədər sonra ratsiyadan mənə dedilər ki, tez özünü yetir, burada dava düşəcək. Çatanda gördüm ki, bir neçə döyüşçümüzlə bir neçə suriyalı arasında mübahisə gedir. Suriyalılarla danışmaq istəyəndə gördüm ki, təbii halda deyillər. Bildim ki, Murikin azadlığı münasibəti ilə onlara spirtli içkilər veriblər. Uşaqlara dedim ki, hazırlaşın, gedək özümüzə başqa bir yer tapaq. Binanı təmizləyib səliqəyə salmış olsalar da, deyinə-deyinə əşyalarını topladılar. Şəhərin kənarında bir binaya yerləşdik, mövqeyi bərkitmək üçün bir neçə gün orada qaldıq, sonra Həma şəhərindəki düşərgəmizə qayıtdıq.



Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin