İŞİD-lə üz-üzə



Yüklə 346,24 Kb.
səhifə31/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   ...   27   28   29   30   31   32   33   34   ...   55
Qürub çağı yolun isti nəfəsində gəzəcəyəm,

Piyada gəlmişəm, piyada da gedəcəyəm.

Qürbət tilsimim bu axşam sınacaq,

Boş süfrə məhz bu gecə bağlanacaq.

Hər bir şeyimi burda qoyub gedəcəyəm,

Piyada gəlmişəm, piyada da gedəcəyəm.

Bu imama and olsun, mən ölsəm də yanmaram,

Hərəmin tozundan başqa bir şey aparmaram.
Uşaqlar bir-bir otağa girdilər. Onlar xəbəri yenicə eşitmişdilər. Lal-dinməz ayağa qalxdım. Gözlərindən oxuyurdum ki, hadisənin necə baş verdiyindən çox, bu xəbərin həqiqət olmadığını eşitmək istəyirlər.

Maşına minib Həbariyyə kəndinə qayıtdım. Böyük beton bir səngərdə yerləşən qərargaha getdim. Qərargah komandiri Fatimiyyun döyüşçüləri ilə danışdı. Çox ağladığı bilinirdi. Çoxları fikirləşirdi ki, Əbu Hamid şəhid olsa, onun yerini Fateh tutacaq. Amma artıq Fateh də şəhid olmuşdu və bu, uşaqları daha çox yandırırdı.

Bir neçə gündən sonra Dəməşqdə Fatimiyyun komandirləri ilə iclas keçirildi. Qərargah komandiri dedi:

– Mən bilirəm ki, siz Əbu Hamid üzərində çox həssas idiniz. Bəlkə daha onun kimisi gəlməyəcək. Ancaq əmin olun ki, onun və Şəhid Fatehin qanı sayəsində bu hərbi birləşmə ayaqda duracaq. Mən təşkilatınıza qarışmaq istəmirəm, işlərinizi özünüzə həvalə edirəm, yalnız Fatimiyyundan bir nəfəri öz nümayəndəm kimi təqdim edirəm.

Və bu vəzifə Fazilin üzərinə düşdü.

İlk dəfə düşmən silahlılarının mediası böyük sevinclə Fatimiyyun briqadasının komandiri Əlirza Təvəssülinin Dərada öldürüldüyünü elan etdi.

Mən bir neçə gün narahat oldum, əsla gülə bilmədim. Kiminsə güldüyünü görəndə də onunla dalaşmamaq üçün özümü güclə saxlayırdım. Lakin zaman ötdükcə və Əbu Hamidin Fatimiyyunla bağlı arzularının bir-bir həyata keçdiyini gördükcə sakitləşirdim. Fatimiyyunun bayrağı rəsmən təqdim olundu, mediaya hərəm şəhidlərindən reportaj verməyə, Fatimiyyundan sənədli filmlər yayımlamağa icazə verdilər. İranda şəhidlər üçün təntənəli tədbirlər keçirildi. Fatimiyyun döyüşçüləri böyük məharətlər qazanıb əsaslı sahələrdə, məsələn, Suriya ordusunun kəşfiyyatında və ya PUA istehsalında işləyə bildilər. İranlı komandirlər artilleriya, zirehli texnika, kəşfiyyat, rabitə və digər sahələrdə Fatimiyyundan özlərinə müavin seçirdilər və bu bizim hamımız üçün böyük fəxr idi.



Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin