İŞİD-lə üz-üzə


Otuz altıncı fəsil Yeni məsuliyyət



Yüklə 346,24 Kb.
səhifə45/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   ...   41   42   43   44   45   46   47   48   ...   55

Otuz altıncı fəsil

Yeni məsuliyyət


Bu bir neçə ildə Hizbullah komandirlərindən olan ağa Zülfüqarla və onunla işləyən İsa Mətuqla əlaqəmi kəsməmişdim. Bəzən onların Hələbdəki düşərgələrinə baş çəkir, söhbətləşirdim. İsagilin əl-Zəhradakı evlərinə də gedirdim. O həmişə mənə çox yaxşı qulluq edirdi.

İrana məzuniyyətə getmişdim. Ağa Zülfüqar mənimlə əlaqə saxlayıb dedi ki, Hacı Qasimin əmri ilə Fatimiyyundan, iraqlılardan, suriyalılardan və iranlılardan ibarət bir diviziya yaradacaq, onlara altı ay xüsusi təlimlər keçəcəklər. Mənə dedi ki, onun Fatimiyyuna aid bölməsinə rəhbərlik edim. Dedim ki, indi İmam Hüseyn (ə) briqadasındayam və Süleymanı tək qoya bilmərəm. Dedi ki, mən Süleymanla danışıb onu razı salacağam.

Bir neçə gündən sonra bir düşərgəyə getdim və oradakı Fatimiyyun döyüşçülərinə komandir təqdim olundum. Bu bir neçə batalyon təzəlikcə təlimə başlamışdı və mütləq Fatimiyyun diviziyasında olmaq istəyirdilər. Onlara başa saldım ki, şübhəsiz, Fatimiyyundandırlar, amma Livan Hizbullahına ezam olunublar. Axşamlar təlimdən sonra otağıma gəlirdilər, onlarla söhbətləşirdik. Onların bir qismi birbaş Əfqanıstandan gəlmişdi, orada müharibə təcrübələri vardı. Düşərgə rəhbəri mənə çox hörmət edir, otağımın soyuducusunu həmişə meyvə ilə doldururdu. Mən də axşamlar otağıma gələn uşaqlara meyvə verirdim.

Hələ bu vəzifəni tam qəbul etməmişdim. Qərara gəlmişdik ki, ağa Zülfüqar yazda gəlsin və iş barədə ətraflı danışaq. Ancaq onun tərəfindən düşərgəyə iki livanlı gəldi. Onlardan Cihad adlı birini öncədən tanıyırdım. Onlar uşaqlardan idman imtahanı aldılar. Hamısı imtahandan yaxşı çıxdı. Döyüşçülərin hamısı gənc və əksəri təhsilli idi.

Ağa Zülfüqara məktub yazıb nəzərdə tutduğu briqadanı yaratmağın şərtlərini qeyd etdim. Yazdım ki, ən azı altı pikap, iki 120 mm, iki 82 mm və on 60 mm çaplı minaatan, bir mini-katyuşa, bir Suv avtomobili və artilleriya bölməsi təmin olunsun. Bundan əlavə, mən yalnız ağa Zülfüqarın əmri altında işləyəcəyəm, başqa bir şəxsin yox. Çünki bu bir neçə ildə bəzi qüvvələrin təkəbbürlü olduqlarını görmüşdüm, onlarla işləməyin çox çətin olacağını bilirdim.

Hizbullahın arxa cəbhə xidməti öz üzərinə düşürdü. Bəzi Hizbullah komandirlərinin şəxsi heyətə nisbətən daha yüksək rifah imkanları vardı. Əlbəttə, onlara da yaxşı baxırdılar. Soyuq qış gecələrinin birində bir binaya getdim. Onun bir mərtəbəsində Hizbullah qüvvələri, bir mərtəbəsində də suriyalı döyüşçülər yerləşmişdi. Livanlı qüvvələrin üç cür sobası vardı, içərini çox yaxşı qızdırırdı: dizel, elektrik və qaz sobaları. Halbuki suriyalı döyüşçülərin qaldığı birinci mərtəbədə soba yanmırdı, özlərinə adyal büküb otururdular. Onlara gündəlik cəmi 3 litr dizel verilirdi, sobanı yalnız axşam və səhərə yaxın yandırmağa məcbur olurdular. Mən belə səhnələri yadıma salıb ağa Zülfüqardan başqa bir şəxslə işləmək istəmirdim. Ancaq axırda başqa bir adam rəhbər təyin olundu, aramızda razılıq baş tutmadı və mən öncəki işimə, yəni İmam Hüseyn (ə) briqadasında komandir müavini vəzifəsinə qayıtdım.





Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin