İŞİD-lə üz-üzə


Otuz yeddinci fəsil Ailəvi ziyarət



Yüklə 346,24 Kb.
səhifə46/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   ...   42   43   44   45   46   47   48   49   ...   55

Otuz yeddinci fəsil

Ailəvi ziyarət


Qərara alınmışdı ki, şəhid ailələri komandir ailələri ilə birlikdə Suriyaya ziyarətə getsinlər. Bir neçə dəfədən sonra bu proqramın eyibləri üzə çıxdı. Bu səfərdə şəhid övladları ataları sağ olan uşaqlarla birgə iştirak edirdilər. Bu isə onların həsrətli baxışlarına səbəb olurdu. Heç kəs bu vəziyyətdən məmnun deyildi. Sonra qərara gəldilər ki, hərəm şəhidlərinin ailələri ayrıca gəlsin, hərəm müdafiəçilərinin ailələri də ayrıca.

Hər səfərdə hər briqadaya beş ailə nəzərdə tutulmuşdu. Bu səfərlər əvvəllərdə həvəsləndirici xarakter daşıyırdı. Hər briqadanın komandiri Suriyada daha çox xidmət etmiş döyüşçünün ailəsini ziyarət siyahısına salırdı. Onların biri qərargahda təmizlik işlərinə baxan Kərbəlayi ləqəbli qoca bir kişi idi. Yaşı çox olsa da, bir an da boş durmurdu. Bir küncün çirkli olduğunu görən kimi oradan başlayırdı, bir də görürdün ki, piyada batalyonların qaldığı yerlərin sonuna qədər hər yeri təmizləyir. Halbuki batalyonun öz xidmətçisi vardı. Ona “Bu qədər işləmənə ehtiyac yoxdur” deyəndə cavab verirdi ki, ürəyim dözmür. Hər gələndə dörd-beş ay qalırdı. Yoldaşı İranda xəstə idi, üç oğlunun ikisi Fatimiyyunda vuruşurdu. Biri snayper, digəri də bölük komandiri idi. Üçüncü oğlu isə anasının yanında qalmışdı. O, ailəsinin Suriyaya ziyarətə gələcəyini eşidəndə inana bilmir, ağlayıb deyirdi: “Məni ələ salmayın!”

Mən anamla həyat yoldaşımın adlarını verəndə yoldaşım səkkizaylıq hamilə və tam istirahət rejimində idi. Həkim ona səfərə çıxmağa icazə vermirdi, ancaq həm mən, həm də özü israrla ziyarətə getmək istəyirdi. Sonuncu dəfə qayınanamla danışanda dedi: “Başına nə gəlsə, səndən biləcəm!” Çox həyəcanlı idim, amma bu işi həzrət Zeynəbə tapşırdım.

Düşərgədə onları gözləyirdim. Uçuşları iki saat gecikmişdi, yoldaşım isə ayaq üstə çox dayanmamalı, oturmamalı idi. Axırıncı dəfə zəng vuranda telefonu sönmüşdü. Bildim ki, təyyarəyə miniblər.

2016-cı ilin payızı idi. Narın, amma güclü yağış yağırdı. Çox həyəcan keçirir, yoldaşımın başına bir iş gəlməsindən qorxurdum. Düşərgənin ruhanisi halımı görüb məni sakitləşdirməyə başladı.

– Yağış altında dua qəbul olur. Nə üçün dua etmirsən?

Sevincək dama çıxdım. Üzümü yağışa, əllərimi də göyə qaldırdım. Hələ bir söz deməmiş qəlbimin sakitləşdiyini hiss etdim. Allahdan istədim ki, yoldaşımla anam bu səfəri salamatlıqla başa vursunlar. Başdan-ayağa islanmış halda və qəribə rahatlıq içində otağıma qayıtdım. Bir aydan sonra qızım dünyaya gələndə həmin yağışlı gecəni xatırlayıb adını Baran (yağış) qoyduq.

Səhər saat 5-də Dəməşqə yola düşdüm. Ancaq Xənasir-Əsəriya yolunu bağlamışdılar. Bu yolun bir tərəfi İŞİD-in, digər tərəfi də əl-Nüsrə cəbhəsinin nəzarətində idi, bəzən təhlükəsizliklə bağlı bağlanırdı. Saat 07:30 dəqiqəyə qədər gözlədim, yol açılan kimi maşını saatda 180 km sürətlə sürüb tez özümü Dəməşq hava limanına yetirdim. Mən çatanda dedilər ki, təyyarə çatıb, qonaqları Zeynəbiyyəyə ziyarətə aparıblar. Onları hərəmdə görüb çox sevindim. Yoldaşımın vəziyyəti yaxşı idi. Anam da məni yaxşı qarşıladı. Ərbəin səfərinin narahatlığı qəlbindən çıxmışdı. Həmin il ərbəində Kərbəlaya getmək istəyirdi, amma onu apara bilməmişdim. Orada həzrət Zeynəbin ziyarəti ilə gözlərinə işıq gəlmişdi. Səhərlər və axşamüstülər ziyarətə gedir, gecənin yarısına qədər həzrət Rüqəyyənin hərəmində qalırdıq.

Birinci səfərlərdə karvanın təhlükəsizliyini Livan Hizbullahı təmin edirdi, ancaq sonralar Fatimiyyundan otuz döyüşçü bu işi öz üzərinə götürdü. Səfərin ən çətin hissəsi ailələrin üstüörtülü Şam bazarına alış-verişə getmələri idi. Fatimiyyun qüvvələri ailələri bir saat yerinə bir neçə saat gözləməli olurdular. Bir dəfə yoldaşımla anam təyin olunmuş vaxtda gəlib avtobusa oturdular, amma digər sərnişinlər bir saat yarımdan sonra gəldilər. Karvan rəhbəri ilə danışıb yoldaşımın vəziyyətini başa saldım. O da onları ziyarətə minik avtomobili ilə aparıb-gətirməyimə icazə verdi.



Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin