İŞİD-lə üz-üzə


Beşinci fəsil Unudulmaz gecə



Yüklə 346,24 Kb.
səhifə12/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   ...   8   9   10   11   12   13   14   15   ...   55

Beşinci fəsil

Unudulmaz gecə


Ertəsi gün səhər çağı bəzi uşaqlar Əbu Hamidlə əlaqə saxlayıb uşaqların şəhadəti barədə məlumat verə bilmişdilər. Əbu Hamid demişdi ki, daha orada qalmayın, hamınız geri qayıdın. Uşaqlar qərarlarını livanlı komandirimiz Əbu Zeynəbə söylədilər. O dedi: “Bilirəm ki, matəmdəsiniz, özünüzü toparlamağa ehtiyacınız var, amma hazırda istehkamın arxasına yerləşdirməyə heç kimimiz yoxdur”.

Uşaqlar qərarlarından geri çəkilməyib dedilər ki, biz Əbu Hamidin yanına getmək, Fatimiyyun komandirinin əmri altında vuruşmaq istəyirik. Əbu Zeynəb bir-iki saatdan sonra gəlib dedi: “Qərargahla danışdım. Ordudan bizə köməkçi göndərəcəklər. Siz qayıda bilərsiz”.

Mən hələ də uşaqların Əbu Hamidlə danışmalarına, ondan tapşırıq almalarına razı deyildim. Ancaq o vəziyyətdə qrupumuzun qərarının əksinə çıxa bilməzdim. Əməliyyatda rabitəçim olan İsa Mətuqun yanına gedib dedim ki, mən burada qalıram. O, Əbu Zeynəblə danışdı. Əbu Zeynəb razılaşmayıb dedi ki, ya hamı gedəcək, ya da hamı qalacaq.

Sonra özüm Əbu Zeynəbin yanına getdim. Bir saat yarım hara gedirdisə, dalınca düşüb israrla qalmama icazə verməsini istəyirdim. Axırda razılaşdı.

Bu məsələni uşaqlara necə demək də bir problem idi. Onlar maşınlara minəndə dərindən nəfəs alıb dedim: “Mən gəlmirəm”.

Hamısı təəccüblə mənə baxdı, amma yalnız altı nəfəri yaxınlaşıb hirslə ürəyini boşaltdı:

– Sən nə üçün Əbu Hamidin əmrinə tabe olmursan?

– Özünü göstərmək istəyirsən?

– Sən əvvəldən Fatimiyyun uşaqları arasında təfriqə salmaq istəyirdin. Dəməşq hava limanında da belə etdin, indi də ikitirəlik salırsan.

Heç birinə cavab vermədim, kövrəlmədən onlardan uzaqlaşdım. Qəlbim çox sınmışdı. Öz halımı anlaya bilmirdim. İstehkamın başına çıxıb o tərəfinə endim, düşmənlə üz-üzə oturdum. Nə baş verəcəyi mühüm deyildi. Orada ağlamağa başladım.

Bir neçə dəqiqədən sonra İsa ilə Əbu Zeynəb məni tapıb istehkamın bu tərəfinə keçirdilər. Soruşdular ki, nə üçün ağlayırsan? Ərəbcə birtəhər başa saldım ki, uşaqlar mənə çox söz dedilər, ancaq mən qalmağa gəlmişəm, mən kufəli deyiləm və s. Onlar məni sakitləşdirməyə çalışaraq zarafata dedilər: “Artıq bir biz qalmışıq, bir də bu torpaq istehkam. Nə istəsək, edə bilərik. Keşik çəkmək də lazım deyil. Qoy gəlib hər üçümüzün başını kəssinlər”.

Deyib-güldüyümüz yerdə birdən istehkamın o tərəfindən bir nəfər özünü bu yana atdı. Dərhal tanıdıq; Seyid Qulamsəxi Hüseyni idi. Yaxınlaşıb onu qucaqladım.

– Sən hardaydın? Niyə uşaqlarla qayıtmadın?

Gülə-gülə dedi:

– İstehkamın arxasında gizlənmişdim. Fikirləşdim ki, uşaqlar bilsələr, məni zorla apararlar.

Qulamsəxi peyda olandan sonra həmin gecə sevincimiz birə min artdı. Hər şeydən danışırdıq. İsa Mətuq deyirdi: “Biz əl-Zəhrada böyük bir qəbiləyik. Bizim babalarımızdan biri qul olub. Həzrət Əli (ə) onu alıb azad edib. Beləliklə, bizi Mətuq, yəni azad edilmiş çağırıblar. Bizim qəbiləmiz o vaxtdan özünü Əli (ə) nökəri bilir”.

Söhbətimiz qızışırdı. Ətrafda bir neçə zeytun ağacı vardı. Yarpaqlarını qoparıb döşək kimi altımıza sərdik. Əbu Zeynəb dedi: “Siz yatın, İsa ilə mən qarovul çəkəcəyik”. Dedim ki, yox, bu gecə o qədər sevinirik ki, yatmaq heyfdir.

Hündür bir torpaq istehkamla baş-başa qaldıq. Üç pulemyotumuz vardı, istehkamın üç tərəfinə qoymuşduq. Arabir atəş açırdıq ki, düşmən istehkamın adamla dolu olduğunu düşünsün.

Bir neçə gündən sonra Suriya ordusundan köməkçi qüvvələr gəlib istehkamı təhvil aldılar və mən dostlarımı görmək üçün düşərgəyə qayıtdım.

Düşündüyümün əksinə olaraq, mənimlə çox yaxşı rəftar etdilər. Döyüş yerinə qayıtmaq istəyəndə uşaqların bir neçəsi maşına mindi. Biri də maşının önündə dayanıb deyirdi ki, gərək ya məni də aparasan, ya da cənazəmin üstündən keçəsən. Əbu Zeynəb tapşırmışdı ki, özünlə heç kimi gətirmə. Ancaq maşına zorla minmiş on iki nəfər razılaşmadı. Çarəm yox idi. Hamımız razılıqla döyüş yerinə yola düşdük.





Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin