İŞİD-lə üz-üzə


Doqquzuncu fəsil Əşya və ərzaq xidməti



Yüklə 346,24 Kb.
səhifə16/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   ...   12   13   14   15   16   17   18   19   ...   55

Doqquzuncu fəsil

Əşya və ərzaq xidməti


Seyid İsa daim şampun, corab, meyvə və digər əşya və ərzaq məhsulları almaq üçün anbara müraciət edən uşaqlarla məşğul idi. Oturub istirahət etmək istəyən kimi bir nəfər gəlib pəncərəni taqqıldadır, o da qalxıb istədiyini verirdi. O, səhər tezdən yatağımıza girənə qədər daim şəxsi heyətlə məşğul olur, ehtiyaclarını təmin edirdi. O qədər olurdu ki, öz meyvə payımızı kənara qoyurdu, bizsə yeməyi unudurduq, ertəsi gün görürdük ki, xarab olub. Bütün bu qaçaqaçlara baxmayaraq, axırda iş də düzgün görülmürdü; həm özümüzü əldən salırdıq, həm də şəxsi heyət narazı qalırdı.

Altı nəfərin hamısını toplayıb dedim: “Belə olmaz. Gərək bir yolla burda nizam-intizam yaradaq”. Ancaq uşaqlar etirazla belə cavab verdilər: “Özünü yorma. Burda mümkün deyil. Şəxsi heyət hərəm müdafiəsinə gəlmiş könüllülərdir və əmr verilib ki, onları razı salaq”. Dedim ki, “olmur” sözü ilə razı deyiləm, istəsək, olar. Əbu Hamidin xarakterinə bələd idim, bilirdim ki, bir işi birinə tapşırdısa, daha müdaxilə etməyəcək, ondan şəxsi heyətin razılığını və işin nəticəsini istəyəcək.

Gördüyüm birinci iş anbarları ayırmaq oldu. O vaxta qədər həm qida, həm geyim məhsulları, həm yuyucu maddələr, həm də silah-sursat bir anbarda saxlanırdı. Onların hər birinin anbarını ayırdım. Bir nəfərə batalyonların şəxsi heyətini saymağı tapşırdım. Elan etdim ki, bundan sonra hər bir batalyonun ehtiyacı olan məhsullar həftəlik veriləcək, batalyonun müvafiq məsul şəxsi onları şəxsi heyət arasında böləcək və döyüşçülər dəqiqəbaşı anbara gəlməyəcəklər.

Batalyonların əşya və ərzaq üzrə məsul şəxsləri ilə həftəlik iclaslar keçirirdim. Birinci iclasda dedim: “Bundan sonra hər batalyonun kiçik bir anbarı olmalı, həftəlik ərzaq və əşyalarını təhvil alıb orada saxlamalıdır. Hər batalyonun üç bölüyü və doqquz taqımı var. Gərək döyüşçülərin sayı sizdə olsun, ona uyğun əşya və ərzaq alıb paylayasınız və bundan sonra problem yaranmasın”.

Ərzaq bölməsində döyüşçülərə saymadan və qeydiyyat aparmadan azuqə verilirdi, axırda da yemək çatmırdı. Seyid İsa bu baxımdan şikayətçi idi, deyirdi ki, dəfələrlə özümüzə yemək çatmayıb və yumurta soyutması yeməyə məcbur olmuşuq.

Mən hər səhər canlı qüvvə üzrə məsul şəxsdən statistikanı öyrənirdim. Siyahı hazırlayıb divara bir lövhə vurdum. Verilmiş saya uyğun olaraq, hər batalyona yemək verir və lövhə üzərində adının önündən nişan qoyurduq.

Bəzi problemlərə görə hərdən istədiyimiz imkanları bizə vermirdilər. Buna görə bir neçə dəfə Əbu Hamidə şikayət etdim. Axırda hirslənib həmin şəxslə danışdı, o da istədiklərimizi verdi. Ancaq sonra bildim ki, hirslənməsi mənə görədir. Məni kənara çəkib dedi:

– Bax, mən bu işi sənə tapşırdım ki, bu baxımdan arxayın olum. Əgər dəqiqəbaşı gəlib şikayət edəsi olsan, işi özüm görərəm. Mənim min cür işim var, əməliyyat hazırlayıram. Bu axşam çıxışım vardı, bütün əsəblərimi korladın, nə deyəcəyim yadımdan çıxdı. Bundan sonra hər bir işi birinci özün gör, ikinci dəfə də özün gör, üçüncü dəfə yenə də özün gör, əgər alınmasa, onda gəl, mənə de.

Bir gün mərkəzi anbara silah almağa getdim. Dedilər ki, siz indiyədək sayınızdan artıq silah almısız. Dedim ki, mən bu xidmətə yeni gəlmişəm, indi döyüşçülərin bir qisminin silahı yoxdur, nə etməliyəm? Dedilər ki, eybi yoxdur, bu iki yüz silahı apar. Silahları təhvil alıb düşərgəmizə qayıtdım. Heç kim məndən silahları paylamaq üçün proqram istəməmişdi, amma fikirləşdim ki, belə işləmək olmaz.

Uşaqların ikisinə tapşırdım ki, bir-bir bütün otaqlara gedib hər bir döyüşçünün adını və silahının nömrəsini qeyd etsinlər. Tapşırdım ki, bundan sonra məzuniyyətə gedəndə təhvil verilən silah blankda qeyd olunmuş nömrə ilə uyğun gəlməlidir, əks-təqdirdə, çıxış icazəsi verilməyəcək. Qənimət götürülmüş silahlar üçün də bir anbar nəzərdə tutdum. Bu silahlar barədə protokol tərtib edəndən sonra anbara əlavə edirdim.

Bu tələbkarlıqlara görə bəzi uşaqlar məndən inciyirdilər. Misal üçün, bir nəfərin şəhid olduğunu eşidən kimi tez silahı ilə maraqlanırdım. Mənə deyirdilər: “Bu nə hərəkətdir?! Adam şəhid olub, sənsə silah dərdindəsən!” Ancaq geri çəkilməyib deyirdim: “Hər şeyin öz yeri var. Şəhiddən qalmış bütün silah-sursat təhvil verilməlidir”. Bundan ötrü də bir blank hazırladım. Dörd şahid deməli idi ki, məsələn, şəhidin silahı düşmən ərazisində qalıb, axırda da batalyon komandiri imzalayandan sonra müvafiq nömrəli silahın itməsi barədə rəislərimə dəqiq cavab verə bilirdim.

Bütün bu işlər təxminən bir ay sürdü, sonra isə Fatimiyyunun əşya və ərzaq xidməti nizam-intizama düşdü.

Ramazan ayı gəldi. Dini-tərbiyəvi işlər üzrə məsul şəxslər elan etdilər ki, şəxsi heyətin vəzifəsinə xələl gələrsə, oruc tutmaya bilərlər. Ancaq uşaqların və komandirlərin çoxu, o cümlədən, Seyid İbrahim ardıcıl əməliyyatlarda iştirak etsə də, oruc tuturdu. O, döyüşçülərinə demişdi ki, oruc tutmayın, özü isə tuturdu.

Bu vəziyyətdə şəxsi heyətə əşya və ərzaq xidməti vermək çətin idi. İftara bir saat qalmış Zeynəbiyyəyə gedib buz alır, böyük termoslarda döyüş yerinə aparırdım. Nə qədər çalışdımsa, mətbəx yemək məsələsində əməkdaşlıq etmədi, günorta və şam yeməklərinin yerini dəyişmədi. Adətən, günorta yeməyinə plov verilirdi və uşaqlar çətinliklə olsa da, onu isti havada obaşdana saxlamağa məcbur olurdular.





Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin